Azərbaycan Ordusunun müasir silahları ilk dəfə "ADEX"də nümayiş olunur
5-ci "ADEX" Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, nazir general-polkovnik Zakir Həsənov və digər rəhbər heyət mərasimdə iştirak edib.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən sərgidə müxtəlif ölkələri təmsil edən çoxsaylı şirkətlər və rəsmi nümayəndə heyət bir araya gəlib.
Sərgi çərçivəsində ilk dəfə olaraq Müdafiə Nazirliyinin stendi də nümayiş olunur. Stenddə silahlanmada olan müasir silah sistemləri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələrin təchizatı sərgilənir.
Eyni zamanda Müdafiə Nazirliyinin tabeliyində olan təmir müəssisələrinin imkanları da təqdim edilir.
Sərgidə həmçinin Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələri barədə ətraflı məlumat verilir.
#Zakir Həsənov teqi istifadə olunub
- Bakıda Türkiyənin Zəfər Bayramı münasibətilə rəsmi tədbir təşkil edildi - Baku TV
- Hərbi hissələrdə xidmət və sosial şəraitə xüsusi diqqət göstərilir - Baku TV
- Zakir Həsənov Ərdoğanla birgə "EFES-2026" hərbi təlimini izləyib - Baku TV
- Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib - Baku TV
- Azərbaycan və Böyük Britaniyanın müdafiə nazirləri görüşüb - Baku TV
