Pleyeri seçin:

Azərbaycan Ordusunun yeni strategiyası: Vətən müharibəsindən sonrakı məqsəd | HƏRBİ XRONİKA

29 dekabr 2025 812 baxış

“Hərbi xronika” rubrikasının budəfəki buraxılışında müasir hərbi strategiyanın əsas anlayışlarından olan “çəkindiricilik” konsepsiyası və bu yanaşmanın Azərbaycan Ordusunun inkişafında oynadığı rol diqqətə çatdırılıb.

Bildirilib ki, döyüş başlamadan düşməni hücumdan çəkindirmək hərbi nəzəriyyədə ən böyük uğur hesab olunur və bu, siyasi, iqtisadi və hərbi gücün vəhdəti ilə formalaşır.

Qeyd olunub ki, Vətən müharibəsindən sonrakı dövrdə, xüsusilə 2025-ci il ərzində həyata keçirilən ordu quruculuğu tədbirləri məhz bu strateji məqsədə xidmət edir. Dövlət rəhbərliyinin ardıcıl siyasəti nəticəsində əldə olunan beynəlxalq mövqelər güclü, müasir və təminatlı ordu ilə tamamlanır.

Rubrikada müdafiə sahəsində aparılan struktur islahatları, yeni qoşun növlərinin yaradılması, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir silahlarla təchizatı önə çəkilib.

Vurğulanıb ki, müasir şəraitdə güclü ordu həm də beynəlxalq əməkdaşlıqlar, təlimlər və təcrübə mübadilələri hesabına formalaşır.

Bildirilib ki, 2025-ci ildə Azərbaycan Ordusunun beynəlxalq hərbi fəaliyyəti xüsusilə intensiv olub. Qardaş Türkiyə ilə strateji müttəfiqlik çərçivəsində keçirilən birgə təlimlər, eləcə də Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlıq ordunun döyüş qabiliyyətinin və operativ uyğunluğunun artırılmasına xidmət edib.

Sonda qeyd olunub ki, bu tədbirlər Azərbaycan Ordusunun daimi inkişafını təmin etməklə yanaşı, onun etibarlı çəkindirici güc kimi mövqeyini möhkəmləndirir və ölkənin təhlükəsizliyinin etibarlı təminatına çevrilir.

İran BMT ölkələrinə çağırış edib | Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır - YENİ BİR SƏHƏR

İran BMT ölkələrinə çağırış edib | Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır - YENİ BİR SƏHƏR

Siyasət
07 may 2026 812 baxış
Səfiri təsirləndirən məqam: Prezidentin dərin məlumatlılığı diqqət çəkdi - RƏSMİLƏR

Səfiri təsirləndirən məqam: Prezidentin dərin məlumatlılığı diqqət çəkdi - RƏSMİLƏR

Siyasət
06 may 2026 812 baxış
Bakı-Ankara birliyi Parisin siyasi şousuna fürsət vermədi - Baku TV

Bakı-Ankara birliyi Parisin siyasi şousuna fürsət vermədi - Baku TV

Siyasət
06 may 2026 812 baxış
Melkonyan: "Rusiya Azərbaycanla müharibə başladacaq, əgər..."

Melkonyan: "Rusiya Azərbaycanla müharibə başladacaq, əgər..."

Siyasət
06 may 2026 812 baxış
Avropa etiraf edir: Oyunun qaydalarını Bakı müəyyən edir? | Regionun açarı Azərbaycandadır - Baku TV

Avropa etiraf edir: Oyunun qaydalarını Bakı müəyyən edir? | Regionun açarı Azərbaycandadır - Baku TV

Siyasət
06 may 2026 812 baxış
Rusiyadan sensasion iddia: Avropa ölkələri Kalininqrada hücum edəcək? - AKTUAL GÜNDƏM

Rusiyadan sensasion iddia: Avropa ölkələri Kalininqrada hücum edəcək? - AKTUAL GÜNDƏM

Siyasət
06 may 2026 812 baxış
“Bizə qəzəbləniblər ki...” | Erməni politoloqdan Rusiyaya xəbərdarlıq

“Bizə qəzəbləniblər ki...” | Erməni politoloqdan Rusiyaya xəbərdarlıq

Siyasət
06 may 2026 812 baxış
Azərbaycan üzərindən Ermənistana nə qədər taxıl və gübrə göndərildi? - Baku TV

Azərbaycan üzərindən Ermənistana nə qədər taxıl və gübrə göndərildi? - Baku TV

Siyasət
06 may 2026 812 baxış
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul etdi | Nələr müzakirə edildi? - Baku TV

İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul etdi | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
06 may 2026 812 baxış
SEPAH-dan Hörmüzlə bağlı kritik çağırış | Tramp İrandan nə istəyir? - YENİ BİR SƏHƏR

SEPAH-dan Hörmüzlə bağlı kritik çağırış | Tramp İrandan nə istəyir? - YENİ BİR SƏHƏR

Siyasət
06 may 2026 812 baxış
Seçilmişlər
icon