Pleyeri seçin:

Melkonyan: "Rusiya Azərbaycanla müharibə başladacaq, əgər..."

06 may 2026 17 baxış

Robert Köçəryan, Qagik Sarukyan və ya Samvel Karapetyanın Ermənistanda hakimiyyətə gəlişində maraqlı olan Rusiya yeni müharibədə də maraqlıdır.

Bunu Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputat Qagik Melkonyan deyib.

Deputatın sözlərinə görə, Serj Sarkisyan və Robert Köçəryanın hakimiyyətlərindən sonra Ermənistan və Azərbaycan arasında müharibə təhlükəsi qalxıb, dünya ölkəyə maraq göstərməyə başlayıb:

“Bu gün isə Ermənistana investisiya qoyuluşundan danışılır, buraya gəlirlər, çünki müharibə və təhlükə yoxdur, hər şey yeni başlayır. Aleksandr Lukaşenko bizi dövlət hesab etmirdi, deyirdi ki, ermənilər əlimizdən haraya qaçacaqlar, gedəcəkləri yer yoxdur. Amma indi müstəqilik, ruslar bizi nə qədər qorxutsalar da, öz yolumuzla gedə bilirik”.

Melkonyan qeyd edib ki, Rusiya öz məqsədləri naminə Ermənistanı qonşu ölkələrlə düşmən edib:

“Ermənistan liderləri düşünürdülər ki, Rusiya bizim “atamız”dır. Amma artıq bu “atalıq” bitir. Medvedev bütün günü içib bu barədə danışır. Əgər bizim üzümüzü görmək istəmirlərsə, qoy görməsinlər, ticarət etmək istəmirlərsə, qoy etməsinlər”.

Hakim partiyanın üzvü əlavə edib ki, rusiyalı oliqarx, Ermənistan baş nazirliyinə namizəd Samvel Karapetyan heç vaxt Rusiyanın maraqlarından imtina etməyəcək, çünki onun bütün var-dövləti oradadır:

“Onlar bizim əyalət olmağımız və boyunduruq altında qalmağımız üçün Rusiya uğrunda vuruşurlar. Əgər Robert Köçəryan, Samvel Karapetyan və ya Qagik Sarukyan hakimiyyətə gəlsə, Rusiya yenidən Ermənistan və Azərbaycan arasında müharibə başladacaq. Xalq Köçəryana nifrət edir, ondan iyrənir, geriyə yol yoxdur. Xalq Nikol Paşinyan və partiyasına səs verəcək ki, sülh olsun, əks halda bir gün Larsı, bir gün isə qaz kəmərini bağlayacaqlar”.

Bakı-Ankara birliyi Parisin siyasi şousuna fürsət vermədi - Baku TV

Bakı-Ankara birliyi Parisin siyasi şousuna fürsət vermədi - Baku TV

Siyasət
06 may 2026 17 baxış
Avropa etiraf edir: Oyunun qaydalarını Bakı müəyyən edir? | Regionun açarı Azərbaycandadır - Baku TV

Avropa etiraf edir: Oyunun qaydalarını Bakı müəyyən edir? | Regionun açarı Azərbaycandadır - Baku TV

Siyasət
06 may 2026 17 baxış
Rusiyadan sensasion iddia: Avropa ölkələri Kalininqrada hücum edəcək? - AKTUAL GÜNDƏM

Rusiyadan sensasion iddia: Avropa ölkələri Kalininqrada hücum edəcək? - AKTUAL GÜNDƏM

Siyasət
06 may 2026 17 baxış
“Bizə qəzəbləniblər ki...” | Erməni politoloqdan Rusiyaya xəbərdarlıq

“Bizə qəzəbləniblər ki...” | Erməni politoloqdan Rusiyaya xəbərdarlıq

Siyasət
06 may 2026 17 baxış
Azərbaycan üzərindən Ermənistana nə qədər taxıl və gübrə göndərildi? - Baku TV

Azərbaycan üzərindən Ermənistana nə qədər taxıl və gübrə göndərildi? - Baku TV

Siyasət
06 may 2026 17 baxış
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul etdi | Nələr müzakirə edildi? - Baku TV

İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul etdi | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
06 may 2026 17 baxış
SEPAH-dan Hörmüzlə bağlı kritik çağırış | Tramp İrandan nə istəyir? - YENİ BİR SƏHƏR

SEPAH-dan Hörmüzlə bağlı kritik çağırış | Tramp İrandan nə istəyir? - YENİ BİR SƏHƏR

Siyasət
06 may 2026 17 baxış
Prezident İlham Əliyev Bakıda keçirilən sərgilərlə tanış oldu - Baku TV

Prezident İlham Əliyev Bakıda keçirilən sərgilərlə tanış oldu - Baku TV

Siyasət
05 may 2026 17 baxış
Həlak olan minatəmizləyənlərin övladlarının təhsil haqqını dövlət ödəyəcək - Baku TV

Həlak olan minatəmizləyənlərin övladlarının təhsil haqqını dövlət ödəyəcək - Baku TV

Siyasət
05 may 2026 17 baxış
Meloni–Əliyev dialoqu: geosiyasi qərarların mərkəzində hansı razılaşmalar var? - AKTUAL GÜNDƏM

Meloni–Əliyev dialoqu: geosiyasi qərarların mərkəzində hansı razılaşmalar var? - AKTUAL GÜNDƏM

Siyasət
05 may 2026 17 baxış
Seçilmişlər
icon