Siyasət
Pleyeri seçin:

Azərbaycan Serbiya üçün vacib tərəfdaşdır

10 dekabr 2023

Prezident İlham Əliyev Serbiya ilə Bolqarıstan arasında ilk qaz interkonnektorunun işə salınması mərasimində iştirak etmək üçün dekabrın 10-da Belqrada səfər edib.

Səfərin başlıca məqsədi Azərbaycan qazının Serbiyaya nəqlidir. “Nis-Sofia” qaz kəməri kimi tanınan bu əhəmiyyətli layihənin məqsədi Serbiya və Qərbi Balkan regionunda qaz təchizatının təhlükəsizliyini artırmaqdır.

Məlumata görə, Azərbaycan Serbiyanı 2026-ci ilədək hər il 400 mln. kubmetr qazla təmin edəcək. 2027-ci ildən etibarən isə bu göstəricinin 3 dəfə artırılacağı gözlənilir. Serbiya-Bolqarıstan qaz kəməri layihəsi 24 milyon avrodan çox qiymətləndirilir və onun həyata keçirilməsi üçün 109 kilometr yeni boru kəməri inşa olunub.

Serbiya-Bolqarıstan qaz interkonnektoru Rusiya qazının alternativinə xidmət edir. Bununla belə, Serbiyanın Mədən və Energetika Nazirliyi vurğulayır ki, Rusiyadan qaz alqı-satqısını dayandırmaq barədə plan yoxdur və imzalanmış razılaşmaya əsasən, əməkdaşlıq davam etdiriləcək. Bundan başqa, Serbiya Macarıstan, Slovakiya və Avstriyaya edilən qaz tranzitindən də faydalanacaq.

Azərbaycan və Serbiya arasındakı əməkdaşlıq müxtəlif sahələri, o cümlədən siyasi, iqtisadi və enerji sahəsini əhatə edir. İki ölkə arasında ənənəvi dostluq münasibətləri 2013-cü ildə imzalanmış “Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında” Bəyannamə və 2018-ci ildə imzalanmış tərəfdaşlığa dair Birgə Fəaliyyət Planı ilə daha da genişlənib. İki stareji ölkə bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır.

Azərbaycan Gürcüstan, Macarıstan və Rumıniya ilə sazişlər imzalayaraq, Avropanı bərpaolunan elektrik enerjisi ilə təmin edir. Azərbaycan bu gün günəş və külək enerjisi üçün nəhəng potensiala malikdir. Qarşıdakı dövrdə ölkəmiz COP29 kimi əhəmiyyətli qlobal tədbirlərə ev sahibliyi edəcək. Bu konfrans iqlim dəyişikliyinə qarşı mübarizədə öz həllini tapmağa yönəlib. Şübhəsiz ki, böyük tədbirlərin təşkilində təcrübəsi olan Azərbaycan “Ümumdünya Ekspo 2027”nin hazırlanmasında da Serbiyaya böyük köməklik göstərəcək.

Paşinyandan sərhəd paylaşımı | Armavir vilayətinə səfərinin məqsədi

Paşinyandan sərhəd paylaşımı | Armavir vilayətinə səfərinin məqsədi

Siyasət
26 iyul 2024
Paşinyan dəvəti qəbul edib Azərbaycana gələrsə… | Ekspertlərdən mühüm açıqlama

Paşinyan dəvəti qəbul edib Azərbaycana gələrsə… | Ekspertlərdən mühüm açıqlama

Siyasət
26 iyul 2024
Hərb, yoxsa sülh: Qərb regiona necə təsir edir? | Qarabağ Xronikası 144-cü buraxılış

Hərb, yoxsa sülh: Qərb regiona necə təsir edir? | Qarabağ Xronikası 144-cü buraxılış

Siyasət
26 iyul 2024
“Konsertdən sonra səhnəyə gül gətirən erməni məni bıçaqla vurmaq istəyirdi”

“Konsertdən sonra səhnəyə gül gətirən erməni məni bıçaqla vurmaq istəyirdi”

Siyasət
26 iyul 2024
Erməni ekspertdən qalmaqallı açıqlama |  Paşinyan COP29-da iştirakdan imtina edərsə…

Erməni ekspertdən qalmaqallı açıqlama | Paşinyan COP29-da iştirakdan imtina edərsə…

Siyasət
26 iyul 2024
Ermənistan müharibəyə belə hazırlaşır? - Qərb bunu bacardı ki...

Ermənistan müharibəyə belə hazırlaşır? - Qərb bunu bacardı ki...

Siyasət
26 iyul 2024
Azərbaycan Somaliyə dəstək verməyə hazırdır | Tələbələrlə bağlı açıqlama

Azərbaycan Somaliyə dəstək verməyə hazırdır | Tələbələrlə bağlı açıqlama

Siyasət
26 iyul 2024
ABŞ Ermənistanı sülhə buna görə tələsdirir | Qabrielyandan açıqlama

ABŞ Ermənistanı sülhə buna görə tələsdirir | Qabrielyandan açıqlama

Siyasət
26 iyul 2024
Ceyhun Bayramov Somali XİN rəhbəri ilə hansı məsələləri müzakirə etdi?

Ceyhun Bayramov Somali XİN rəhbəri ilə hansı məsələləri müzakirə etdi?

Siyasət
26 iyul 2024
Ceyhun Bayramovdan Ermənistanla danışıqlar barədə vacib açıqlama

Ceyhun Bayramovdan Ermənistanla danışıqlar barədə vacib açıqlama

Siyasət
26 iyul 2024
Seçilmişlər
icon