Azərbaycan və Çin hansı sahələrdə əməkdaşlığı daha da gücləndirəcək? | Birgə mübarizə aparılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanla Çin arasında imzalanan Birgə Bəyanata əsasən, tərəflər elm və təhsil sahəsində əməkdaşlığı genişləndirəcək, birgə tədqiqatlar və texnologiya transferi təşviq ediləcək, Konfutsi institutlarının inkişafına dəstək göstəriləcək.
Təhsil, mədəniyyət və turizm sahələrində tərəfdaşlıq gücləndiriləcək, qarşılıqlı Mədəniyyət Günləri keçiriləcək.
Səhiyyə, media, idman və televiziya sahələrində əməkdaşlıq dərinləşəcək, Heydər Əliyev Fondu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Çin təşkilatları ilə əlaqələri dəstəklənəcək.
Eləcə də Çin Azərbaycanın minatəmizləmə fəaliyyətinə dəstəyini davam etdirəcək. Tərəflər terrorizm, ekstremizm və kibertəhlükəsizlik kimi çağırışlarla birgə mübarizənin vacibliyini vurğulayıblar.
Çin 2026-cı ildə Bakıda keçiriləcək Şəhərsalma Forumuna dəstəyini ifadə edib. Birgə Bəyanatda iki ölkə vətəndaşlarının vizasız gediş-gəlişi üçün razılaşma da alqışlanıb.
#Çin teqi istifadə olunub
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI
- Humanoidlər və robot itləri real dağ şəraitində sınaqdan keçiriləcək
- Peyklərin buraxılışı layihənin yeni mərhələsi kimi təqdim olunur
- Momoge qoruğunda köçəri quşların təhlükəsizliyi üçün tədbirlər gücləndirilib
