Azərbaycan və Ermənistan sülh yolunda - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Konqresinin saytında Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib.
Sənəddə qeyd olunub ki, Azərbaycan Respublikası müstəqillik qazandığı gündən indiyədək ABŞ və onun tərəfdaşları üçün etibarlı müttəfiq olaraq qalıb, müharibə və sülh dövründə mühüm əməkdaşlıq həyata keçirilib.
Həmçinin vurğulanıb ki, Azərbaycan Cənubi Qafqazda sülhün prioritet olduğunu açıq şəkildə nümayiş etdirib və müvafiq sərhədlər, ərazi bütövlüyü Azərbaycan və Ermənistan tərəfindən razılaşdırılan sülh sazişi ilə təsbit olunub.
Qanun layihəsinə əsasən, Azadlığa Dəstək Aktının 907-ci maddəsi ləğv edilib və qanunun mündəricatında həmin maddə ilə əlaqəli bənd çıxarılıb.
Layihəni Nümayəndələr Palatasının Demokratlar Partiyasından Luna Anna Paulina dekabrın 9-da Konqresə təqdim edib.
Qeyd edək ki, Azadlığa Dəstək Aktının 907-ci maddəsi ABŞ tərəfindən Azərbaycana birbaşa dövlət yardımını məhdudlaşdıran qanun müddəası idi. 1992-ci ildə Qarabağ münaqişəsi səbəb göstərilərək qəbul edilən maddə ilə ABŞ-nin Azərbaycan hökumətinə yardımı qadağan edilmiş, siyasi münasibətlərdə baryer yaratmışdı.
#ABŞ Konqresi teqi istifadə olunub
- ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib
- Tramp Ağ Ev tribunasından demokratlara önəmli mesajlar verdi - Baku TV
- Seçki məğlubiyyətinin səbəbi İrandır? | Vitse-prezident günahı nədə görür? - Baku TV
- ABŞ-dəki seçkilərin nəticələri nəyi dəyişəcək? - Baku TV CANLI
- Seçki nəticələrindən sonra Trampın mövqeyi dəyişdi? | ABŞ liderindən diqqətçəkən açıqlama - Baku TV
