Siyasət
Pleyeri seçin:
Azərbaycan və Ermənistan XİN rəhbərbəri nələri müzakirə edəcək?
Ermənistan və Azərbaycanın xarici işlər naziri – Ararat Mirzoyan və Ceyhun Bayramovun Vaşinqtonda görüşü 2024-cü ilin yanvarında keçiriləcək.
Bu barədə Ermənistan İctimai Televiziyasının efirində ölkənin xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bildirib.
“Hazırda bizim imzalanmaq üçün hazır olan yekun və razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur. Ümid edirik ki, yanvarda keçiriləcək görüşdə bu mətni razılaşdıracağıq”, – deyə o bildirib.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ Dövlət Departamentinin Qafqaz üzrə müşaviri Lui Bono ilə görüşündə nazirlərin Vaşinqtonda görüşünə razılıq verib.
Kopyalandı
Seçilmişlər