Siyasət
Pleyeri seçin:
Azərbaycan və Ermənistanı sülhə daşıyacaq yol | Qarabağ Xronikası 142-ci buraxılış
Son bir-neçə gündə Ermənistan hakimiyyət nümayəndələri Azərbaycanla sülh sazişinin imzalanmasına dair ard-arda bəyanatlar səsləndirirlər.
Əvvəlcə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, tərəflər bu sənədin üzərində intensiv iş apararsa, sazişi bir ay müddətində imzalamaq mümkündür.
Daha sonra Ermənistan parlamentinin sədri Alen Simonyan sazişi imzalamağa hazır olduqlarını bildirib.
Nəhayət, Ermənistan hökumət başçısı Nikol Paşinyan analoji bəyanatla çıxış edib.
Nə baş verir? Ermənistan rəhbərliyi ağıllanıb, yoxsa bu, növbəti oyundur?
Hərbi müxbir Fərdin İsazadə “Qarabağ xronikası” verilişinin 142-ci buraxılışında mövzunu şərh edərək bu suallara aydınlıq gətirib.
Kopyalandı
Seçilmişlər