Siyasət
Pleyeri seçin:

Azərbaycan və Qazaxıstan prezidentləri Şuşaya səfər etdilər

12 mart 2024

Azərbaycanda dövlət səfərində olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli rayonuna gedib.

İki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.

Qazaxıstanın dövlət başçısı Füzuli şəhərinin Baş planı ilə tanış olub. Prezidentlər şəhərdə inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.

Ölkə başçıları Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhər sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüşüblər.

Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şuşa şəhərinə də səfər ediblər.

Dövlət başçıları Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar.

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib. Sonra dövlət başçıları Natəvan bulağında olub, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar.

Daha sonra prezidentlər Saatlı məscidində, Bülbülün ev-muzeyində, Cıdır düzündə və XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş üç yaşayış binasından ibarət “Yasəmən” hotelində olublar.

Bakı Təşəbbüs Qrupunun mətbuat konfransı keçirildi

Bakı Təşəbbüs Qrupunun mətbuat konfransı keçirildi

Siyasət
02 may 2024
Prezident İlham Əliyev Rusiya rəsmiləri ilə görüşdü

Prezident İlham Əliyev Rusiya rəsmiləri ilə görüşdü

Siyasət
02 may 2024
Yəmənli ekspertdən səmimi açıqlama | Azərbaycan sübut etdi ki...

Yəmənli ekspertdən səmimi açıqlama | Azərbaycan sübut etdi ki...

Siyasət
02 may 2024
İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi

İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi

Siyasət
02 may 2024
Ermənistan müxalifəti sirləri açır | Göyçə və Zəngəzurun bir hissəsi qaytarılır?

Ermənistan müxalifəti sirləri açır | Göyçə və Zəngəzurun bir hissəsi qaytarılır?

Siyasət
02 may 2024
Bakıdakı beynəlxalq forumun əhəmiyyəti | Amerikalı politoloqdan açıqlama

Bakıdakı beynəlxalq forumun əhəmiyyəti | Amerikalı politoloqdan açıqlama

Siyasət
02 may 2024
Erməni lobbisi Paşinyana qarşı | Ermənilər bunu istəmir, çünki...

Erməni lobbisi Paşinyana qarşı | Ermənilər bunu istəmir, çünki...

Siyasət
02 may 2024
Tavuşun erməni sakinləri ilə polis arasında qarşıdurma

Tavuşun erməni sakinləri ilə polis arasında qarşıdurma

Siyasət
02 may 2024
Ermənilər Bakıya qarşı təxribata hazırlaşır | Vardanyana görə...

Ermənilər Bakıya qarşı təxribata hazırlaşır | Vardanyana görə...

Siyasət
02 may 2024
Azərbaycanla sərhəddə bu postlar olmayacaq | Paşinyan

Azərbaycanla sərhəddə bu postlar olmayacaq | Paşinyan

Siyasət
02 may 2024
Seçilmişlər
icon