Azərbaycan və Türkiyə arasında hansı vacib sənəd imzalanacaq?
Prezident İlham Əliyev aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əlaqələrin genişləndirilməsi, o cümlədən hidrokarbonatlar və elektrik enerjisi sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, bunun gələcəkdə daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğu qeyd edilib.
SOCAR ilə Türk Petrolları və BOTAŞ arasında əməkdaşlıq müsbət qiymətləndirilib, bu birgə fəaliyyətin gələcəkdə Azərbaycan, Türkiyə və digər ölkələrdə həyata keçirilməsi məsələsi müzakirə olunub. Elektrik enerjisinin ixracı məsələsinə toxunulub, bu xüsusda SOCAR-ın artıq Türkiyəyə satışlar həyata keçirdiyi vurğulanıb.
Bu gün “AzərEnerji” ASC ilə Türkiyənin Elektrik Ötürülməsi Anonim Şirkəti (TEİAŞ) arasında Naxçıvandan 75 meqavat həcmində elektrik enerjisinin ixracı ilə bağlı imzalanacaq sənədin əhəmiyyəti qeyd edilib, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı memorandumun imzalanacağı bildirilib.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul etdi | Nələr müzakirə edildi? - Baku TV
- Prezident İlham Əliyev Bakıda keçirilən sərgilərlə tanış oldu - Baku TV
- Həlak olan minatəmizləyənlərin övladlarının təhsil haqqını dövlət ödəyəcək - Baku TV
- Meloni–Əliyev dialoqu: geosiyasi qərarların mərkəzində hansı razılaşmalar var? - AKTUAL GÜNDƏM
- Meloninin Azərbaycana səfəri Avropaya hansı mesajları verdi? - Baku TV
