Pleyeri seçin:

Azərbaycan və Türkiyə liderləri telefon danışığı zamanı nələri müzakirə etdi? | Detallar açıqlandı

10 dekabr 2024 125 baxış

Prezident İlham Əliyev dekabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Söhbət zamanı dövlət başçıları Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin strateji müttəfiqlik zəminində inkişaf etdiyini bir daha vurğulayıblar.

Dövlət başçısı Prezident Rəcəb Tayyib Ərdoğan və Əminə xanım Ərdoğanın Azərbaycanda keçirilən COP29 konfransının Liderlər Sammitində fəal iştirakını məmnuniyyətlə qeyd edərək geniştərkibli Türkiyə nümayəndə heyətinin konfransın işinə əsaslı töhfələr verdiyini vurğulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan öz növbəsində COP29-un uğurla keçirilməsi və danışıqlar prosesində əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub.

Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.

Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu deyib.

Prezident Rəcəb Tayyib Ərdoğan bütün sahələrdə olduğu kimi, Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.

Söhbət əsnasında Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

"Erməni katib göstəriş vermişdi ki, bir nəfər sağ çıxmasın" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"Erməni katib göstəriş vermişdi ki, bir nəfər sağ çıxmasın" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
16 yanvar 2026 125 baxış
Qərbi Azərbaycanla bağlı tarixi mənbələrə əsaslanan elektron kitab - Baku TV

Qərbi Azərbaycanla bağlı tarixi mənbələrə əsaslanan elektron kitab - Baku TV

Siyasət
16 yanvar 2026 125 baxış
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib

Siyasət
16 yanvar 2026 125 baxış
Qəzza Sülh Şurasına hansı ölkələr qoşulacaq?

Qəzza Sülh Şurasına hansı ölkələr qoşulacaq?

Siyasət
16 yanvar 2026 125 baxış
"20-dən çox ölkə..." | BTQ-nin təşkil etdiyi beynəlxalq konfransda nələr açıqlandı? - Baku TV

"20-dən çox ölkə..." | BTQ-nin təşkil etdiyi beynəlxalq konfransda nələr açıqlandı? - Baku TV

Siyasət
16 yanvar 2026 125 baxış
“Biz ədalət istəyirik!” - Xalqların haqq səsi Bakıdan ucalır - Baku TV

“Biz ədalət istəyirik!” - Xalqların haqq səsi Bakıdan ucalır - Baku TV

Siyasət
16 yanvar 2026 125 baxış
Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı konfrans

Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı konfrans

Siyasət
16 yanvar 2026 125 baxış
Ermənistan və Almaniya TRIPP layihəsinin perspektivlərini müzakirə edib

Ermənistan və Almaniya TRIPP layihəsinin perspektivlərini müzakirə edib

Siyasət
16 yanvar 2026 125 baxış
Cənubi Qafqazın xəritəsində Zəngəzur dəhlizi | BMT-nin yeni Baş katibi kim olacaq? - YENİ BİR SƏHƏR

Cənubi Qafqazın xəritəsində Zəngəzur dəhlizi | BMT-nin yeni Baş katibi kim olacaq? - YENİ BİR SƏHƏR

Siyasət
16 yanvar 2026 125 baxış
İlham Əliyevin Trampa istinadı Ermənistana hansı siyasi mesajı verdi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

İlham Əliyevin Trampa istinadı Ermənistana hansı siyasi mesajı verdi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
15 yanvar 2026 125 baxış
Seçilmişlər
icon