Pleyeri seçin:
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında vacib müzakirə
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.
Bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım olunub.
Görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
Söhbət zamanı Azərbaycan-Türkiyə müttəfiqlik tərəfdaşlığının bir sıra aspektləri, o cümlədən siyasi, təhlükəsizlik, iqtisadiyyat, kommunikasiyalar, eləcə də müxtəlif regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq gündəmdə olub.
Nazir regiondakı son vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi barədə də məlumat verib.
Kopyalandı
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
- Ceyhun Bayramov Azərbaycanın bərpaolunan enerji layihələrindən danışıb - Baku TV
- Bakıda TRIPP marşrutunun icrası müzakirə edilib - Baku TV
- Azərbaycanda iqlimə davamlı kənd təsərrüfatı qurulur
- Binalar üzrə elektron pasport sistemi yaradılır - Baku TV
