Pleyeri seçin:

İran Ermənistan sərhədində azad iqtisadi zona yaradıla bilər? - Baku TV

11 sentyabr 2026 191 baxış

İran Ermənistanla münasibətləri xüsusilə iqtisadi və konsulluq sahələrində dərinləşdirməyə çalışır. İranın xarici işlər naziri Abbas Əraqçi Qafana yeni təyin olunmuş baş konsul Davud Yaycı ilə görüşündə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Bundan əvvəl isə İran Ermənistanla iki ölkənin sərhədi yaxınlığında birgə azad iqtisadi zona yaratmağı təklif edib. Təklif “Araz” Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Hadi Müqəddəmzadə tərəfindən İrəvanda keçirilən “Armenia Expo 2026” sərgisində səsləndirilib.

Siyasi şərhçi Elnur Ənvəroğlu İran-Ermənistan münasibətlərində müşahidə olunan yumşalmanı şərh edib:

“Son zamanlar İranın siyasətində ritorikadan müəyyən qədər yumşaq mövqeyə keçid müşahidə olunur. Bunun əsas səbəblərindən biri İranın regionda, xüsusilə ABŞ və Körfəz ölkələri ilə münasibətlər fonunda təklənməsidir”.

Onun sözlərinə görə, Tehran bu səbəbdən şimal qonşularına, xüsusilə Cənubi Qafqaza daha çox maraq göstərməyə başlayıb:

“Burada əsas məsələlərdən biri TRIPP layihəsidir. Ermənistan ərazisində ABŞ-nin iştirakı və dominantlıq əldə etməsi İranı narahat edir. Tehran qarşısında iki seçim görür: ya layihəyə qarşı müqavimət göstərmək, ya da onunla barışaraq müəyyən şəkildə prosesin bir hissəsinə çevrilmək. İran hazırkı vəziyyətdə ikinci varianta üstünlük verməyə başlayıb”.

Ekspert hesab edir ki, İranın Ermənistanla iqtisadi əlaqələri genişləndirmək, o cümlədən sərhədyanı azad iqtisadi zona yaratmaq təklifi də bu siyasətin tərkib hissəsidir:

“İran gələcəkdə reallaşacaq TRIPP layihəsinin bir hissəsində iştirakçı kimi görünmək istəyir. Çünki Ermənistan üzərindən keçən marşrutlar Tehran üçün strateji əhəmiyyət daşıyır”.

Banner
1222 nəfərlik Ağudiyə nə oldu? | Azərbaycanlılar necə qovuldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

1222 nəfərlik Ağudiyə nə oldu? | Azərbaycanlılar necə qovuldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
17 oktyabr 2026 191 baxış
Azərbaycan məlumat tranzitində yeni mərkəz olacaq? - Baku TV

Azərbaycan məlumat tranzitində yeni mərkəz olacaq? - Baku TV

Siyasət
17 oktyabr 2026 191 baxış
Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV

Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV

Siyasət
17 oktyabr 2026 191 baxış
Paşinyan və Japarov arasındakı görüşdə nələr müzakirə olundu? - Baku TV CANLI

Paşinyan və Japarov arasındakı görüşdə nələr müzakirə olundu? - Baku TV CANLI

Siyasət
17 oktyabr 2026 191 baxış
Ermənistanın Amasiya kəndində Azərbaycan irsinin izləri | Kəndin keçmişi hansı faktları üzə çıxarır?

Ermənistanın Amasiya kəndində Azərbaycan irsinin izləri | Kəndin keçmişi hansı faktları üzə çıxarır?

Siyasət
16 oktyabr 2026 191 baxış
Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV

Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV

Siyasət
16 oktyabr 2026 191 baxış
Gürcüstanın yeni səfiri etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib - Baku TV

Gürcüstanın yeni səfiri etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib - Baku TV

Siyasət
16 oktyabr 2026 191 baxış
Hindistanın yeni səfiri Prezident İlham Əliyevlə görüşüb - Baku TV

Hindistanın yeni səfiri Prezident İlham Əliyevlə görüşüb - Baku TV

Siyasət
16 oktyabr 2026 191 baxış
İrəvandan Bakıya gözlənilməz təklif: Hansı ərazilər mübadilə olunacaq? - AKTUAL GÜNDƏM

İrəvandan Bakıya gözlənilməz təklif: Hansı ərazilər mübadilə olunacaq? - AKTUAL GÜNDƏM

Siyasət
16 oktyabr 2026 191 baxış
Avropa institutları yeni reallıqlara niyə uyğunlaşa bilmir?

Avropa institutları yeni reallıqlara niyə uyğunlaşa bilmir?

Siyasət
16 oktyabr 2026 191 baxış
Seçilmişlər
icon