Siyasət
Pleyeri seçin:
Azərbaycan XİN silahlı hücumla bağlı Rusiyaya başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib. Bu barədə Nazirliyin sosial şəbəkə hesabında paylaşım edilib.
“Biz Moskvada “Crocus City” konsert kompleksinə edilən dəhşətli hücumu qətiyyətlə pisləyirik. Həlak olanların ailələrinə, eləcə də Rusiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik.
Azərbaycan terrorun qurbanı olan ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir”, – deyə Xarici İşlər Nazirliyinin paylaşımında bildirilib.
Kopyalandı
Seçilmişlər