Pleyeri seçin:

Azərbaycana qarşı qəzəblidirlər... | Rusiyalı ekspert Ermənistanın VOMA təşkilatından danışdı

30 avqust 2024 512 baxış

“Vova Vartanov terrorçu qruplar arasında çox məşhur bir fiqurdur. O, Azərbaycana qarşı müharibədə iştirak edib”.

Bunu rusiyalı hərbi ekspert Yevgeni Mixaylov Ermənistan ərazisində fəaliyyət göstərən VOMA terror qruplaşmasının yeni təlimləri ilə bağlı erməni xalqına müraciətini şərh edərkən bildirib.

“Təəccüblü deyil ki, Vova Vartanov indi təlimlər keçmək və yeni terrorçular hazırlamaq üçün insanların axtarışına çıxıb. Onun məqsədi nədir? Mən hər zaman demişəm ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa belə, bu, müvəqqəti olacaq.

Çünki Ermənistanda Qərb strukturları, Qərbdə məskunlaşmış diaspor tərəfindən dəstəklənən, maliyyələşən qüvvələr var və onlar respublikada baş verənlərdən razı deyillər. Daha doğrusu, Azərbaycana uduzduqları üçün qəzəblidirlər. Onlar hər hansı yolla torpaqları yenidən işğal etmək həvəsinə düşəcəklər”, – o vurğulayıb.

Yevgeni Mixaylov qeyd edib ki, Qərb, xüsusilə də Fransa, ABŞ və NATO üçün Cənubi Qafqazda münaqişələri qızışdırmaq sərfəlidir:

“Ermənilər təkcə Azərbaycana qarşı mübarizə aparmaq üçün deyil, həm də Rusiya-Ukrayna arasında gedən hərbi münaqişədə Rusiyaya qarşı iştirak etmək üçün hazırlanırlar. Azərbaycan hadisələrin istənilən nəticəsinə hazır olmalıdır. Belə bir deyim var: sülh istəyirsənsə, müharibəyə hazırlaş. Nə qədər ki, Nikol Paşinyan hakimiyyətdədir, Azərbaycan rəhbərliyi vəziyyətlə tez bir zamanda məşğul olmalıdır”.

Məlumat üçün bildirək ki, VOMA terror qruplaşmasının qurucusu və başçısı Ermənistanda ilk kəşfiyyat-diversiya dəstəsinin rəhbəri olmuş Vova Vartanovdur. O, Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Eyni zamanda VOMA-nın sıralarında olan şəxslər 44 günlük müharibədə Ermənistan Ordusunun tərkibində Azərbaycana qarşı döyüşlərdə iştirak ediblər. 

Banner
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 512 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 512 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 512 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 512 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 512 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 512 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 512 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 512 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 512 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 512 baxış
Seçilmişlər
icon