Pleyeri seçin:

Azərbaycanın bu təklifini 127 ölkə dəstəklədi... | Rusiyalı politoloqdan vacib şərh

18 oktyabr 2024 388 baxış

“Artıq Azərbaycanı qaralamağa çalışanların fikirlərinə qətiyyən əhəmiyyət verilməməlidir. Bakı artıq o statusa gəlib çatıb ki, Qərb ölkələrinin psevdotənqidi ilə maraqlanmır”.

Bunu rusiyalı politoloq Yevgeni Mixaylov “Moskva-Bakı”ya müsahibəsində Qərb ölkələrinin COP29-a qarşı kampaniyası haqda qeyd edib.

“Qərb ölkələri üçün Azərbaycan Respublikasına qarşı tənqid ənənəvi siyasətdir. Qərb hər zaman Azərbaycanı tənqid etmək və onun irimiqyaslı beynəlxalq tədbirlər keçirməsini boykot etmək üçün müəyyən səbəblər tapmağa çalışıb. Amma bu, Bakını heç vaxt dayandırmadı və böyük reputasiya xalları qazanmasına mane olmadı. Bu ölkə uzun müddətdir ki, siyasidən tutmuş idmana qədər, bütün növ tədbirlərə əla səviyyədə ev sahibliyi etmək üçün nümunədir. Azərbaycanın beynəlxalq aləmdə statusu sıçrayışlarla artır. Son illər Bakı müxtəlif sahələrdə dünyada ədalət uğrunda mübarizə aparır. Dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan təkcə bu strukturun sağlamlaşdırılması üçün deyil, həm də dünyada inkişaf etməkdə olan ölkələrin hüquq və mənafelərinin müdafiəsi istiqamətində xeyli işlər görüb”, – o bildirib.

Y.Mixaylov qeyd edib ki, Bakı neokolonializmlə mübarizə mövzusunu qaldırmağa başlayıb və hazırda bu istiqaməti fəal şəkildə təbliğ edir:

“Azərbaycan həmçinin iqlim konfransının keçirildiyi ərəfədə dünyaya münaqişələrin dayandırılmasını təklif edib. Qoşulmama Hərəkatına üzv olan 127 ölkə bu təklifi dəstəkləyib. Bu isə Bakının təşəbbüsünün dünya ölkələrinin əksəriyyəti tərəfindən dəstəklənməsi deməkdir. Yəni, Azərbaycanın öhdəsinə götürdüyü hər şey təkcə milli maraqların reallaşmasına deyil, həm də dünyada vəziyyəti müsbətə doğru dəyişməyə yönəlib. Bu baxımdan deyə bilərik ki, Azərbaycan sırf regional dövlətin hüdudlarından çoxdan çıxıb və son illər təkcə Cənubi Qafqazda deyil, onun hüdudlarından kənarda da gündəmi diktə edir. Şübhə yoxdur ki, Bakı COP29-a uğurla ev sahibliyi edəcək və bu konfransda Azərbaycanın, eləcə də kollektiv qlobal çoxluğun təklif etdiyi həllər iqlim gündəliyində mühüm mərhələ olacaq”.

100 min əcnəbi ölkəni tərk etdi | Rusiyadan kütləvi gedişin əsas səbəbi nədir? - Baku TV

100 min əcnəbi ölkəni tərk etdi | Rusiyadan kütləvi gedişin əsas səbəbi nədir? - Baku TV

Siyasət
16 sentyabr 2026 388 baxış
Qış yaxınlaşır, qiymətlər durmadan artır | Avropa enerji böhranından xilas ola biləcək? - Baku TV

Qış yaxınlaşır, qiymətlər durmadan artır | Avropa enerji böhranından xilas ola biləcək? - Baku TV

Siyasət
16 sentyabr 2026 388 baxış
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - Baku TV

İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - Baku TV

Siyasət
16 sentyabr 2026 388 baxış
II Beynəlxalq Konfrans panel iclaslarla davam edir | Nələr müzakirə edilir? - Baku TV

II Beynəlxalq Konfrans panel iclaslarla davam edir | Nələr müzakirə edilir? - Baku TV

Siyasət
16 sentyabr 2026 388 baxış
Orta Dəhliz məsələsində Türkiyə-Azərbaycan bu addımı atacaq - AKTUAL GÜNDƏM

Orta Dəhliz məsələsində Türkiyə-Azərbaycan bu addımı atacaq - AKTUAL GÜNDƏM

Siyasət
16 sentyabr 2026 388 baxış
Türk dünyasının beyin mərkəzləri Bakıda bir araya gəldi - Baku TV

Türk dünyasının beyin mərkəzləri Bakıda bir araya gəldi - Baku TV

Siyasət
16 sentyabr 2026 388 baxış
Prezidentdən Türk dünyasının dini liderlərinə mühüm mesajlar - Baku TV CANLI

Prezidentdən Türk dünyasının dini liderlərinə mühüm mesajlar - Baku TV CANLI

Siyasət
16 sentyabr 2026 388 baxış
Türk dünyası və İslam aləmi bir olsa, bizə heç kim toxuna bilməz | İlham Əliyev - Baku TV

Türk dünyası və İslam aləmi bir olsa, bizə heç kim toxuna bilməz | İlham Əliyev - Baku TV

Siyasət
16 sentyabr 2026 388 baxış
Zelenskinin təyyarəsinə ardıcıl hücumlar edilib? | Avtobusa minənlərin diqqətinə - YENİ BİR SƏHƏR

Zelenskinin təyyarəsinə ardıcıl hücumlar edilib? | Avtobusa minənlərin diqqətinə - YENİ BİR SƏHƏR

Siyasət
16 sentyabr 2026 388 baxış
Hakan Fidan Bakı-Tbilisi-Qars yolunun önəmini vurğuladı - Baku TV

Hakan Fidan Bakı-Tbilisi-Qars yolunun önəmini vurğuladı - Baku TV

Siyasət
16 sentyabr 2026 388 baxış
Seçilmişlər
icon