Siyasət
Pleyeri seçin:

Azərbaycanın geri addım atacağına kimlər ümid edirdi? - Kapitulyasiyadan sonra təzyiqlər

08 noyabr 2024

Azərbaycan 30 ilə yaxın müddətdə Ermənistan işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatını qələbə ilə başa çatdırıb.

Ermənistan təslim olub, kapitulyasiya aktına imza atıb. Lakin bu, beynəlxalq arenada ikili standartlarla qarşılanıb.

Azərbaycanın qələbəsinin beynəlxalq hüquqa zidd olmasını sübut etmək üçün cəhdlər edilirdi. Əslində isə Azərbaycan icra edilməyən BMT Qətnamələrini özü reallaşdırmışdı. Suveren ərazilərinin bərpası üçün hərbi əməliyyat aparmışdı. İstər daxili, istərsə də beynəlxalq hüquqa zidd heç bir hərəkətə yol verilməmişdi.

Beynəlxalq arenada Ermənistan baxışı ilə məsələyə münasibət sonralar da davam edib. Laçın keçid-buraxılış məntəqəsində Azərbaycan sərhədçilərinin yerləşdirilməsi, antiterror əməliyyatından sonra Azərbaycanın öz ərazisi üzərində tam nəzarət etməsi qərəzli qarşılanırdı. Yenə də heç bir beynəlxalq normalar pozulmamışdı.

Azərbaycanın Xankəndi və ətraf bölgəsində yaşayan erməni azlığının müdafiəsi istiqamətində çoxlu absurd bəyanatlar verilirdi.

Bəyanatların əksəriyyətinin mənbəyi bəzi Qərb dövlətləri və ABŞ idi. Onlar ümid edirdilər ki, Azərbaycan hansısa məsələdə geri dönüş edəcək. Lakin həmin dairələr 30 ilə yaxın işğal altında olan ərazilərini geri qaytaran qətiyyətli siyasətin ünvanını unudurdu.

Məsələn, Laçın dəhlizi ilə bağlı BMT-nin nəzdindəki Beynəlxalq Məhkəmənin son qərarı Ermənistana, onların haqsız mövqeyini müdafiə edənlərə zərbə olub. Bu, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun zərbəsi qədər güclü idi.

Bəli, ədalətin bərpası güclə olub, lakin tamamilə beynəlxalq hüquq normalarına əsasən baş verib. İndi qələbədən sonra bu haqda danışmaq absurddur. Çünki illər ötdükcə absurd iddiaların, təzyiq alətlərinin müəlliflərinin sayı azalır. Çünki hər kəs başa düşür ki, reallaşdırmağa çalışdıqları bütün istəkləri həmişəlik dəfn edilib.

Fransa və Niderlandın kolonializmi haqqında... | Abbas Abbasovdan vacib çıxış

Fransa və Niderlandın kolonializmi haqqında... | Abbas Abbasovdan vacib çıxış

Siyasət
06 dekabr 2024
Bələdiyyə seçkiləri barədə vacib xəbər | Detallar açıqlandı

Bələdiyyə seçkiləri barədə vacib xəbər | Detallar açıqlandı

Siyasət
06 dekabr 2024
Fransa və Niderland arasında bölünən adanın sakinləri çətin vəziyyətdə

Fransa və Niderland arasında bölünən adanın sakinləri çətin vəziyyətdə

Siyasət
06 dekabr 2024
Bakıda Fransaya qarşı qaldırılan etiraz səsi | Sen Martin nümayəndəsi nələri açıqladı?

Bakıda Fransaya qarşı qaldırılan etiraz səsi | Sen Martin nümayəndəsi nələri açıqladı?

Siyasət
06 dekabr 2024
Nikol Lukaşenkodan çəkinir? | Blinkenə sərt sözlər | Ermənilər Suriyaya göndərilir? - SALAM BAKU

Nikol Lukaşenkodan çəkinir? | Blinkenə sərt sözlər | Ermənilər Suriyaya göndərilir? - SALAM BAKU

Siyasət
06 dekabr 2024
Bakı Təşəbbüs Qrupunun təşəbbüsü ilə Fransa əleyhinə beynəlxalq konfrans keçirilir

Bakı Təşəbbüs Qrupunun təşəbbüsü ilə Fransa əleyhinə beynəlxalq konfrans keçirilir

Siyasət
06 dekabr 2024
Danışıqların sülh sazişi ilə nəticələnəcəyini gözləyirik | Türkiyə Təhlükəsizlik Şurasının iclası

Danışıqların sülh sazişi ilə nəticələnəcəyini gözləyirik | Türkiyə Təhlükəsizlik Şurasının iclası

Siyasət
06 dekabr 2024
Əgər iradə nümayiş olunsa... | Ararat Mirzoyandan vacib açıqlama

Əgər iradə nümayiş olunsa... | Ararat Mirzoyandan vacib açıqlama

Siyasət
06 dekabr 2024
Buxarestdə Azərbaycana həsr olunmuş jurnalın təqdimatı keçirildi | Tədbirdən görüntülər

Buxarestdə Azərbaycana həsr olunmuş jurnalın təqdimatı keçirildi | Tədbirdən görüntülər

Siyasət
06 dekabr 2024
Paşinyanın 4 il öncəki mövqeyində nə dəyişib? | Ekspertdən mühüm açıqlamalar

Paşinyanın 4 il öncəki mövqeyində nə dəyişib? | Ekspertdən mühüm açıqlamalar

Siyasət
06 dekabr 2024
Seçilmişlər
icon