Pleyeri seçin:
Azərbaycanın Keniyada səfirliyi açılıb | XİN rəhbəri mərasimdə iştirak etdi
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Keniyanın Baş naziri, eyni zamanda xarici və diaspor işləri naziri Musalia Mudavadi ilə görüşü çərçivəsində Azərbaycanın Nayrobidəki səfirliyinin açılış mərasimində iştirak edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında məlumat yayılıb.
Bildirilib ki, xarici işlər nazirləri diplomatik nümayəndəliyin açılmasını Azərbaycan-Keniya dövlətlərarası münasibətlərinin davam etdirilməsi və gücləndirilməsi, ünsiyyətin asanlaşdırılması və əməkdaşlığın inkişafı istiqamətində mühüm addım kimi qiymətləndiriblər.
C.Bayramov həmçinin Keniyanın ev sahibi ölkə kimi diplomatik nümayəndəliyin düzgün fəaliyyəti üçün yaratdığı əlverişli mühit və şəraiti də vurğulayıb.
Kopyalandı
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
- Ceyhun Bayramov Azərbaycanın bərpaolunan enerji layihələrindən danışıb - Baku TV
- Bakıda TRIPP marşrutunun icrası müzakirə edilib - Baku TV
