Siyasət
Pleyeri seçin:
Azərbaycanla aramız pis olsa... | CHP lideri Bakıya gəlmək üçün randevu istədi
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl Azərbaycana səfər edəcək.
Bu barədə partiya başqanı “Habertürk”ə müsahibəsində deyib.
“CHP dövləti qurmuş, institutlaşdırmış partiyadır. Bu institutlaşdırmada əməyi böyükdür. Dövlətin bəzi ənənələrindən uzaqlaşmaq olmaz. Seçkilər bitdi, qurultaydan sədr kimi çıxdım. İlk ziyarəti Şimali Kiprə etdim. Daha sonra Azərbaycandan randevu istədim. İkinci səfər də Azərbaycana edilməlidir”, – o qeyd edib.
Siyasətçi qarşıdakı günlərdə Azərbaycana səfər etməyi planlaşdırdıqlarını açıqlayıb. Özgür Özəl onu da bildirib ki, Azərbaycanla münasibəti pis olan ana müxalifət partiyası ola bilməz: “Orada qüsurun böyüyü bizə, kiçiyi Azərbaycana düşər. Yanlışımız varsa, düzəldilməlidir”.
Kopyalandı
Seçilmişlər