Pleyeri seçin:

Azərbaycanla əlaqələr İrana niyə vacibdir? - Pezeşkianın səfərində məqsəd

29 aprel 2025 529 baxış

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana rəsmi səfər edib.

Bu, M.Pezeşkianın prezident seçildikdən sonra ölkəmizə ilk səfəridir. Səfərin əsas məqsədi 2 ölkə arasında münasibətləri normallaşdırmaq və regional əməkdaşlığın qurulmasına nail olmaqdır.

44 günlük müharibədən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, həmçinin ölkəmizin Avropanın enerji təhlükəsizliyində aparıcı rola malik olması və Çinlə yaxınlaşma İranın Azərbaycana marağının ciddi şəkildə artmasına səbəb olur.

Tehranı Bakı ilə əməkdaşlığa həvəsləndirən daha bir məsələ isə Azərbaycanın İsraillə dost münasibətlərinə malik olmasıdır.

M.Pezeşkian hökuməti İrana ABŞ və İsrail tərəfindən olası hücumun qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə etmək istəyir. Azərbaycan İsrail və Türkiyə arasında vasitəçilik edərək 2 dövlət arasında pozulan münasibətləri nizama salmışdı.

Eyni vasitəçilik İran və İsrailin arasında da baş tuta bilər. Həmçinin rəsmi Bakının Suriyanın yeni rəhbərliyi ilə yaxın münasibətlərə malik olması İranın diqqətindən yayına bilməz.

Bəşər Əsəd rejimi hakimiyyətdən devrildikdən sonra İranın Suriya ilə münasibətlərində ciddi problem yaranıb. Hazırda Dəməşq və Tehranın münasibətlərinin normallaşmasında da Bakı vasitəçilik üçün ən uğurlu variantdır.

Bütün bu amillərə görə M.Pezeşkian hökumətinin başlatdığı yeni xarici siyasət kursunda əsas açar dövlət Azərbaycandır. Səfər zamanı həmçinin ikitərəfli və regional sahədə əməkdaşlığın davam etdirilməsi barədə də müzakirələr aparılıb.

2024-cü ildə bu ölkənin prezidenti olan İbrahim Rəisi Azərbaycana səfər etmiş və 2 ölkənin əməkdaşlığını sürətləndirəcək mühüm sənədlər imzalanmışdı. İ.Rəisinin helikopter qəzasında həlak olmasından sonra əldə edilən razılaşmaların gələcəyi ilə bağlı ciddi suallar yarandı.

M.Pezeşkian hökuməti ilə Azərbaycan arasında imzalanan sənədlər isə qaranlıq qalan məqamlara aydınlıq gətirib. İran Azərbaycanla müxtəlif məsələlərdə, xüsusilə nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlıqda maraqlıdır. Hazırda Çin-Avropa iqtisadi əlaqələri sürətli inkişaf edir.

İran da bu prosesdən kənarda qalmaq istəmir. Həmçinin Xəzər ətrafı enerji layihələrində birgə əməkdaşlıq, regionda ümumi təhlükəsizliyin əldə edilməsi M.Pezeşkianın Bakı səfərinin əsas müzakirə mövzularındandır.

İlham Əliyev və Numan Kurtulmuş arasında müzakirə olunan məsələlər

İlham Əliyev və Numan Kurtulmuş arasında müzakirə olunan məsələlər

Siyasət
24 iyun 2026 529 baxış
BMTM-in təşkilatçılığı ilə konfrans keçirildi

BMTM-in təşkilatçılığı ilə konfrans keçirildi

Siyasət
24 iyun 2026 529 baxış
Prezident Türkiyə Böyük Millət Məclisi sədri ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Prezident Türkiyə Böyük Millət Məclisi sədri ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
24 iyun 2026 529 baxış
Ermənistan vətəndaşlarının məhkəməsində nələr baş verdi? | Diqqətçəkən anlar - Baku TV

Ermənistan vətəndaşlarının məhkəməsində nələr baş verdi? | Diqqətçəkən anlar - Baku TV

Siyasət
24 iyun 2026 529 baxış
Bakı-İrəvan münasibətlərində yeni səhifə? | Regional kommunikasiyaların bərpası - Baku TV

Bakı-İrəvan münasibətlərində yeni səhifə? | Regional kommunikasiyaların bərpası - Baku TV

Siyasət
24 iyun 2026 529 baxış
Azərbaycan və Türkmənistan prezidentlərinin Qarabağ səfəri | BMT-dən vacib təşəbbüs - YENİ BİR SƏHƏR

Azərbaycan və Türkmənistan prezidentlərinin Qarabağ səfəri | BMT-dən vacib təşəbbüs - YENİ BİR SƏHƏR

Siyasət
24 iyun 2026 529 baxış
Azərbaycan və Türkmənistan liderləri Qarabağda birlik nümayiş etdirdilər - Baku TV

Azərbaycan və Türkmənistan liderləri Qarabağda birlik nümayiş etdirdilər - Baku TV

Siyasət
24 iyun 2026 529 baxış
Rusiyadan Ermənistana növbəti buğda tədarükü Azərbaycan üzərindən davam edir - Baku TV

Rusiyadan Ermənistana növbəti buğda tədarükü Azərbaycan üzərindən davam edir - Baku TV

Siyasət
24 iyun 2026 529 baxış
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib | "Haber Global"dan süjet - Baku TV

Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib | "Haber Global"dan süjet - Baku TV

Siyasət
23 iyun 2026 529 baxış
Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana nələr yollanıldı? - Baku TV

Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana nələr yollanıldı? - Baku TV

Siyasət
23 iyun 2026 529 baxış
Seçilmişlər
icon