Pleyeri seçin:

Azərbaycanla nəqliyyat sahəsindəki əməkdaşlığımız böyük önəm daşıyır | Gürcüstanlı nazir

19 fevral 2025 486 baxış

Mayın 1-dən Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişindaşımalarına başlanılacaq.

Bu barədə Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Tbilisidə səfərdə olan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşündən sonra açıqlamasında bildirib.

“Azərbaycanla nəqliyyat sahəsindəki əməkdaşlığımız iqtisadi əməkdaşlığımız çərçivəsində böyük önəm daşıyır. Ona görə də il ərzində həmkarlarımızla görüşüb planlarımız barədə müzakirələr edirik. Bu gün də həmkarım – Azərbaycanın nəqliyyat naziri ilə görüşüb Bakı – Tbilisi – Qars dəmir yolu xətti, Orta dəhlizin perspektivləri, eləcə də Azərbaycanla 1 may tarixindən açılacaq dəmir yolu ilə sərnişin daşımaları məsələləri barədə söhbət apardıq. Azərbaycanla dəmir yolu ilə sərnişindaşımalara başlanılması turizmimiz üçün çox vacibdir.

Azərbaycanlı həmkarlarımızla görüşdə cari il üçün daşımalarla bağlı proqnozu da müzakirə etdik. Əlbəttə, planlarımızı və baxışlarımızı bölüşmək çox vacib idi ki, maksimum koordinasiya ilə regionda və beynəlxalq miqyasda daha rəqabətədavamlı ola bilək”, – deyə nazir qeyd edib.

Məlumat üçün onu da bildirək ki, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və Gürcüstan Dəmir Yollarının rəhbər şəxsləri iştirak ediblər.

İki ölkənin dövlət qurumları arasında zəruri təmaslar davam edir - Baku TV

İki ölkənin dövlət qurumları arasında zəruri təmaslar davam edir - Baku TV

Siyasət
01 oktyabr 2026 486 baxış
Eyni meydanda birləşən orduların hazırlığı sınaqdan keçirildi - Baku TV

Eyni meydanda birləşən orduların hazırlığı sınaqdan keçirildi - Baku TV

Siyasət
01 oktyabr 2026 486 baxış
Müasir artilleriya sistemlərinin lokallaşdırılması nə vəd edir? - Baku TV

Müasir artilleriya sistemlərinin lokallaşdırılması nə vəd edir? - Baku TV

Siyasət
01 oktyabr 2026 486 baxış
Paşinyan Azərbaycanla sülh prosesində növbəti mərhələdən danışdı - ANA XƏBƏR

Paşinyan Azərbaycanla sülh prosesində növbəti mərhələdən danışdı - ANA XƏBƏR

Siyasət
01 oktyabr 2026 486 baxış
"Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM Media Forumu

"Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM Media Forumu

Siyasət
01 oktyabr 2026 486 baxış
Bakıda AQEM-in ilk Media Forumu | Regionda etimadın gücləndirilməsi diqqət mərkəzində - Baku TV

Bakıda AQEM-in ilk Media Forumu | Regionda etimadın gücləndirilməsi diqqət mərkəzində - Baku TV

Siyasət
01 oktyabr 2026 486 baxış
Azərbaycanın yeni müdafiə strategiyası: ordu üçün nə dəyişəcək? - AKTUAL GÜNDƏM

Azərbaycanın yeni müdafiə strategiyası: ordu üçün nə dəyişəcək? - AKTUAL GÜNDƏM

Siyasət
01 oktyabr 2026 486 baxış
Azərbaycanın hərbi sənaye potensialı “ADEX 2026”da nümayiş etdirilir - Baku TV

Azərbaycanın hərbi sənaye potensialı “ADEX 2026”da nümayiş etdirilir - Baku TV

Siyasət
01 oktyabr 2026 486 baxış
Cənubi Qafqazda yollar uğrunda mübarizə: Rusiyanın planı nədir? - AKTUAL GÜNDƏM

Cənubi Qafqazda yollar uğrunda mübarizə: Rusiyanın planı nədir? - AKTUAL GÜNDƏM

Siyasət
01 oktyabr 2026 486 baxış
Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu - Baku TV

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu - Baku TV

Siyasət
01 oktyabr 2026 486 baxış
Seçilmişlər
icon