Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlaxdan keçən hissəsində yeniliklər
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev iyunun 23-də Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, yolun Yevlax şəhərindən keçən hissəsində yeraltı piyada keçidinin, səkilərin, həmçinin magistral yola avtomobillərin iki istiqamətli giriş-çıxışını təmin edən yanaşma yollarının tikinti işləri başa çatmaq üzrədir. Piyada keçidinin ümumi uzunluğu 48 metr olacaq ki, onun da 37 metri qapalı hissədir. Eni 7 metr olan yanaşma yollarının ümumi uzunluğu isə 3,2 kilometrdir.
Qeyd edək ki, Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsidir. Bu yolun müasir səviyyədə qurulması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında rolunu daha da gücləndirir.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV
- Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV
- İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV
- Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV
- Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV
