Baş prokurorların üçtərəfli görüşünün detalları
Rusiyanın Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.
Səfər çərçivəsində Kamran Əliyevlə İqor Krasnov arasında əvvəlcə ikitərəfli, daha sonra isə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorları arasında 2021-ci ildən etibarən sayca 5-ci üçtərəfli görüş keçirilib.
Kamran Əliyev Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata tam şəkildə riayət olunduğunu bildirərək mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının, eyni zamanda ətraf mühitin qorunmasında əhəmiyyətini diqqətə çatdırmaqla bu sahədə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd edib.
Baş prokuror aprel ayında Naxçıvanda hərbi qulluq keçən iki əsgərimizin əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşərək Ermənistanın hərbçiləri tərəfindən əsir götürüldüyünü, onlara qarşı saxta sübutlarla cinayət təqibi aparıldığını, habelə iyunun 15-də Ermənistanın Silahlı Qüvvələri tərəfindən terror-təxribat-provokasiya əməllərini növbəti dəfə davam etdirilməklə müxtəlif çaplı odlu silahlardan ölkəmizin suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” sərhəd nəzarəti məntəqəsinə dislokasiya olunmuş və ərazidə xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəşlərin açıldığını, nəticədə 1 nəfər hərbi qulluqçumuzun yaralandığını diqqətə çatdıraraq, bu kimi təxribat xarakterli addımların bölgədə sülhün bərqərar olunmasına maneə olduğunu bildirib.
#Rusiya teqi istifadə olunub
- Azərbaycanda axtarışa verilən Anar Abbasov Rusiyada saxlanılıb - Baku TV CANLI
- Trampın Rusiya ilə bağlı qərarı Zelenskini özündən çıxardı - Baku TV CANLI
- Rusiyada yaponiyalı jurnalistə qarşı casusluq şübhəsi gündəmə gəlib
- Trampın Rusiya ilə bağlı sanksiya qərarının pərdəarxası - Baku TV CANLI
- Qara dənizdə daha gərgin ssenarilərə hazırlıq gedir? - Rusiya və Ukraynaya təklif - Baku TV
