Siyasət
Pleyeri seçin:

Beqlaryanın ortaqları kimlər olub? | Dəhşətli faktlar ortaya çıxdı

13 noyabr 2024

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qondarma rejimi necə soyduğu barədə dəhşətli faktlar üzə çıxıb.

Ermənistanın DOK Partiyasının təsisçisi, bloger Vardan Qukasyanın açıqlamasına görə, “Fleş” şirkətinin rəhbəri Barseq Beqlaryan keçmiş qondarma rejimdən 600 milyon dram, təxminən 2,6 milyon manat təzminat alıb.

B.Beqlaryan iddia edib ki, 44 günlük müharibə dövründə guya Füzuli rayonunda ona məxsus yanacaqdoldurma məntəqəsi olub və həmin məntəqə Azərbaycan Ordusu tərəfindən məhv edilib. Buna görə də özünə dəymiş zərərə görə Araikdən nə az, nə çox, düz 600 milyon dram qopara bilib.

Partiya lideri bildirib ki, həmin yerdə, ümumiyyətlə, yanacaqdoldurma məntəqəsi olmayıb və o bunu sübut edəcək faktlar ortaya qoyur.

Müharibədən sonra separatçı rejimdə ciddi sosial böhran yaranmışdı. Faktiki olaraq çöküş ərəfəsində olan, insanların ən adi tibb və yemək ehtiyaclarını qarşılamaq imkanından məhrum olan bir rejimin iş adamının uydurma iddiası əsasında bu qədər vəsait verməsi məsələnin məğzinin tamamilə başqa cür olduğunu göstərir.

Əvvəla, Barseq Beqlaryan müstəqil iş adamı deyil. Onun idarə etdiyi biznes, xüsusilə də "Fleş" şirkəti ölkənin keçmiş prezidenti Serj Sarkisyan və ailə üzvlərinə məxsusdur. Hansı ki, B.Beqlaryan pul qoparmaq üçün bəhanə etdiyi yanacaqdoldurma məntəqəsinin məhz bu şirkətə aid olduğunu iddia edirdi. “Fleş”in Ermənistanda yanacaqdoldurma məntəqələri var və sadə ermənilər belə onların, əslində, S.Sarkisyana məxsus olduğunu bilir.

Arxasında Nikol Paşinyanın dayandığı Araik Arutyunyan heç vaxt Barseq Beqlaryana bu pulu özbaşına verməz. Demək ki, onu buna kimsə məcbur edib. Şübhəsiz ki, bu şəxs Serj Sarkisyandır.

Serj Ermənistanın müdafiə naziri olduğu dövrdə separatçı rejimdəki qanunsuz silahlı dəstəyə edilən kadr təyinatları birbaşa onun iradəsi əsasında formalaşmışdı.

B.Beqlaryanın rəhbərlik etdiyi "Fleş" şirkəti təkcə qondarma rejim daxilində deyil, həm də Ermənistanın özündə də kifayət qədər maliyyə cinayətlərinə yol verib.

S.Sarkisyan hakimiyyətdə olduğu müddətdə həyata keçirilən dövlət tenderləri onun sifarişi ilə “Fleş” şirkətinə verilib və bu şirkət tender əməliyyatlarından milyonlar qazanıb. Nəticədə B.Beqlaryan ölkənin ən zəngin iş adamı ünvanını qazanıb.

Bu kimi faktlarla bağlı Ermənistan Xüsusi İstintaq Xidməti Serj Sarkisyan və Barseq Beqlaryanın əmlakına həbs qoyub. Keçmiş prezident və iş adamı 2013-cü ildə bir qrup vəzifəli şəxslə birlikdə dövlətə məxsus 489 160 310 dram pulu mənimsəməkdə ittiham ediliblər.

Yaxın Şərqdəki çaxnaşmalar İrana necə təsir etdi? | Detallar açıqlandı

Yaxın Şərqdəki çaxnaşmalar İrana necə təsir etdi? | Detallar açıqlandı

Siyasət
12 dekabr 2024
Heydər Əliyevin rus akademiki heyrətləndirən çıxışı | BAKU ANALİTİK

Heydər Əliyevin rus akademiki heyrətləndirən çıxışı | BAKU ANALİTİK

Siyasət
12 dekabr 2024
51 ölkə Qərbi Azərbaycana qayıdışla bağlı sənədi imzaladı | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

51 ölkə Qərbi Azərbaycana qayıdışla bağlı sənədi imzaladı | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
12 dekabr 2024
Avtomobilimi Azərbaycan benzini ilə doldururam - Rumıniyanın energetika naziri | RƏSMİLƏR

Avtomobilimi Azərbaycan benzini ilə doldururam - Rumıniyanın energetika naziri | RƏSMİLƏR

Siyasət
12 dekabr 2024
Heydər Əliyev dünyaşöhrətli azərbaycanlı həkim Məsud Aşinadan nələri öyrəndi? - AYDIN TARİX

Heydər Əliyev dünyaşöhrətli azərbaycanlı həkim Məsud Aşinadan nələri öyrəndi? - AYDIN TARİX

Siyasət
12 dekabr 2024
ABŞ-nin Azərbaycana qarşı qərəzli açıqlamalarının ardı-arası kəsilmir | Ekspertlərdən açıqlama

ABŞ-nin Azərbaycana qarşı qərəzli açıqlamalarının ardı-arası kəsilmir | Ekspertlərdən açıqlama

Siyasət
12 dekabr 2024
Xaçmazda qurum nümayəndələri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etdi

Xaçmazda qurum nümayəndələri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etdi

Siyasət
12 dekabr 2024
Zakir Həsənov Türkiyə HHQ komandanı ilə görüşdü | Nələr müzakirə edildi?

Zakir Həsənov Türkiyə HHQ komandanı ilə görüşdü | Nələr müzakirə edildi?

Siyasət
12 dekabr 2024
Prezidentin köməkçisi Ermənistanın silahlandırılmasından danışdı | Bu, əslində, necə olmalıdır?

Prezidentin köməkçisi Ermənistanın silahlandırılmasından danışdı | Bu, əslində, necə olmalıdır?

Siyasət
12 dekabr 2024
2025-ci ildə Azərbaycanda hansı önəmli tədbirlər keçiriləcək?

2025-ci ildə Azərbaycanda hansı önəmli tədbirlər keçiriləcək?

Siyasət
12 dekabr 2024
Seçilmişlər
icon