Pleyeri seçin:

Bəşər Əsəd çıxılmaz vəziyyətdə | Suriyaya kim hakim olacaq? - HƏRBİ XRONİKA

06 dekabr 2024 433 baxış

"Hərbi xronika" rubrikasının yeni buraxılışı yayımlanıb.

Budəfəki buraxılışda hərbi jurnalist Fərdin İsazadə Suriyada baş verən son proseslərdən bəhs edib.

O, Suriyada son əməliyyatların 27 noyabr tarixində İdlib bölgəsindən başladığını xatırladaraq bildirib ki, “Heyət Təhrir əş-Şam” Hələb və Səraqib şəhərləri olmaqla iki istiqamətdə hücumları həyata keçirib:

“Onu da vurğulamaq lazımdır ki, bu əməliyyatlar ölkənin şimalında yerləşində Suriya Milli Ordusu ilə koordinasiyalı şəkildə həyata keçirilib. İlk olaraq əsas hücum istiqaməti kimi Hələb şəhəri seçildi. Qısa müddət ərzində “Heyət Təhrir əş-Şam”ın qüvvələri bilavasitə Hələbin kənar dairəvi yoluna gəlib yerləşdilər.

Sonrakı hadisələr onu göstərdi ki, həmin bu qüvvələr hökumət ilə başa-baş dirənmək niyyətində deyillərmiş. Onlar “Hilal” taktikasından istifadə etdilər. Hələbi şimaldan və cənubdan mühasirəyə alaraq hökumət qüvvələrinə cinahlardan zərbələr endirdilər. Nəticədə hökumət qüvvələri Hələb və ətraf yaşayış məntəqələrini tərk etmək məcburiyyətində qaldı. Onun əvəzinə həmin ərazilərdə bölgədə yerləşən YPG qüvvələri yerləşdi”.

Jurnalist qeyd edib ki, “Heyət Təhrir əş-Şam” geri çəkilməklə Həmada yenidən hökumət qüvvələrinin cəmlənməsi üçün şərait yaradıb, daha ağır zərbə endirmək niyyətində olub.

“Sonrakı günlərdə bu taktikanın baş tutduğunu gördük. Hələb ətrafında və ondan sonrakı böyük ərazilərdə “Heyət Təhrir əş-Şam” yaşayış məntəqələrini nəzarəti altına götürdü və oralarda yerləşdi. Eyni zamanda ölkənin şərq istiqamətində Hələbiyyə şəhərinin ətrafında yerləşdi və Həmaya hücumlarını gerçəkləşdirdi.

Burada da “Hilal” taktikasına əl ataraq hökumət qüvvələrinə cinahlardan zərbələr endirərək Həmanın məhəllələrini bir-birinin ardınca almağa davam etdilər. Paralel şəkildə Beyrazor-Həma yolunu nəzarət altına götürdülər”, – deyə jurnalist diqqətə çatdırıb.

Banner
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 433 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 433 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 433 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 433 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 433 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 433 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 433 baxış
Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Siyasət
22 oktyabr 2026 433 baxış
Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Siyasət
22 oktyabr 2026 433 baxış
Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
22 oktyabr 2026 433 baxış
Seçilmişlər
icon