Siyasət
Pleyeri seçin:

Beynəlxalq məhkəmə İrəvanın iddiasını rədd etdi

17 noyabr 2023

Beynəlxalq Ədalət Məhkəməsi separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Azərbaycanın istintaq tədbirlərinə dair Ermənistanın iddiasını təmin etməyib.

Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

"Məhkəmə Ermənistanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qüvvədə olan maddələrinə uyğun olaraq hərbi təcavüz, separatizmi qızışdırmaq, terror aktları və s. ittihamlarla saxlanılan qanunsuz separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Azərbaycanın istintaq tədbirlərinə dair Ermənistanın iddiasını eyni şəkildə təmin etməyib.

Azərbaycan Ermənistanın və bütün digər tərəflərin qanuni istintaq tədbirlərinə müdaxiləsini dayandıracağını gözləyir. Biz Məhkəmənin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edən, Ermənistanın Azərbaycanın Qarabağ üzərində uzun müddətdir qəbul edilmiş və beynəlxalq səviyyədə tanınmış suverenliyini şübhə altına alan tələbini rədd edən qərarını alqışlayırıq.

Həmçinin diqqətəlayiq haldır ki, Məhkəmə Azərbaycanın bütün hərbi və hüquq-mühafizə orqanlarının şəxsi heyətinin Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız tələbini də rədd edib", – deyə məlumatda vurğulanıb.

Nazirliyin açıqlamasında həmçinin qeyd olunur ki, məhkəmə tərəfindən qeyd olunan tədbirlər Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasətini qəbul edir:

“Bu, milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə öhdəliyimizi əhatə edir. Azərbaycan heç vaxt erməni sakinlərini Qarabağdan çıxarmayıb və regionu tərk etməmək barədə Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistana və digər ölkələrə köçmək onların qərarı olub”.

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

Siyasət
22 noyabr 2024
Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Siyasət
22 noyabr 2024
BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

Siyasət
22 noyabr 2024
Bunu etiraf etməsək… | COP29-da inkişaf etmiş ölkələrə çağırış

Bunu etiraf etməsək… | COP29-da inkişaf etmiş ölkələrə çağırış

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə mühüm müzakirələr | Əməkdaşımız ən son məlumatları çatdırdı

COP29-un 12-ci günündə mühüm müzakirələr | Əməkdaşımız ən son məlumatları çatdırdı

Siyasət
22 noyabr 2024
"Ermənilər xizəksürmə üzrə Ermənistan çempionu Elbəy Novruzovu qətlə yetirdilər"

"Ermənilər xizəksürmə üzrə Ermənistan çempionu Elbəy Novruzovu qətlə yetirdilər"

Siyasət
22 noyabr 2024
COP29 Sədrliyindən danışıqlarda son vəziyyətlə bağlı bəyanat | Həll yolunu tapmayan məsələlər üçün…

COP29 Sədrliyindən danışıqlarda son vəziyyətlə bağlı bəyanat | Həll yolunu tapmayan məsələlər üçün…

Siyasət
22 noyabr 2024
Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Siyasət
22 noyabr 2024
Pərviz Şahbazov Türkiyədə nazir Alparslan Bayraktarla görüşdü

Pərviz Şahbazov Türkiyədə nazir Alparslan Bayraktarla görüşdü

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon