Pleyeri seçin:

Beynəlxalq təşkilatdan Azərbaycana qarşı əsassız iddia

24 sentyabr 2023 302 baxış

İnsan haqları, xalqların öz müqəddəratını həll etmək hüququ, demokratiya, söz və mətbuat azadlığı, sərbəst toplaşma və s. kimi anlayışlarla öz imperiya maraqlarını qorumaq və genişləndirmək müasir dövrdə böyük dövlətlər üçün yeni istilaçılıq strategiyasına çevrilib.

Bir sıra hallarda özünə rəva bilmədiyini başqa dövlətlərdən tələb etmə halları nəticə etibarı ilə ayrı-ayrı ölkələrdə hərbi-siyasi dağıntılara səbəb olur.

ABŞ-də fəaliyyət göstərən “Human Rights Watch” təşkilatının hesabatlarında özünə yer alan bir sıra məqamlar məhz bu maraqlara xidmət edir. Bu təşkilatın “Azərbaycan: Dağlıq Qarabağda mülkilərin hüquqlarını təmin et” adlı hesabatına ötəri diqqət etdikdə Azərbaycanın dövlətçilik prinsiplərinə qarşı açıq qərəzin nə qədər təhlükəli olduğunu görürük.

Hesabatda olan kobud təhriflər və şişirtmələr adi səhv sayıla bilməz. Ona görə də təşkilatın açıq-aşkar qərəzli və ayrı-seçkili yanaşması onun bütün bu fəaliyyətini tamamilə sual altına alır.

“Human Rights Watch” son hesabatında bir tərəfdən Azərbaycanın Qarabağ bölgəsini tərk etmək istəyən ermənilərə ölkədən çıxmaq üçün şərait yaratmaq tələb edir, digər tərəfdən isə dərhal onların qayıdış hüquqlarını xatırladır.

Təəssüf ki, proseslərə bu qədər həssas yanaşdığını nümayiş etdirməyə çalışan “Human Rights Watch” bir dəfə də olsun azərbaycanlıların Ermənistandan zorla qovulmasına münasibət bildirməyib.

Görünür, təşkilatın siyasi maraqları azərbaycanlıların hüquqlarının qorunmasını özündə əks etdirmir. Halbuki, keçmiş SSRİ-nin süqutu illərində Ermənistanı tərk etmək məcburiyyətində olan azərbaycanlıların köçürülməsi üçün ən sadə insani, məişət şəraiti belə yaradılmayıb, onların mülkiyyət hüququ tanınmayıb, yurd-yuvasından didərgin salınan əhalinin nə vaxtsa öz evlərinə qayıtmasına hesablanmış adi siyasi bəyanat da olsa belə rəsmi İrəvan tərəfindən verilməyib.

Mövcud bariz qərəz və ayrı-seçkilik onu sübut edir ki, “Human Rights Watch” təşkilatının insan hüquqları ilə əlaqəsi yoxdur və bu təşkilat sadəcə müəyyən dairələrin əlində ucuz siyasi vasitə, onun hesabatları isə siyasi sifarişdir.

"Azərbaycan dilinin qoruyucuları bizik" | Prezident İlham Əliyev - Baku TV

"Azərbaycan dilinin qoruyucuları bizik" | Prezident İlham Əliyev - Baku TV

Siyasət
01 avqust 2026 302 baxış
"Azərbaycan dili zəngin dildir" | Prezident İlham Əliyev - Baku TV

"Azərbaycan dili zəngin dildir" | Prezident İlham Əliyev - Baku TV

Siyasət
01 avqust 2026 302 baxış
"Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün ana dilidir" | İlham Əliyev - Baku TV

"Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün ana dilidir" | İlham Əliyev - Baku TV

Siyasət
01 avqust 2026 302 baxış
Prezident İlham Əliyev Qırğızıstanla ikitərəfli əlaqələrin uğurlu inkişafından danışdı - Baku TV

Prezident İlham Əliyev Qırğızıstanla ikitərəfli əlaqələrin uğurlu inkişafından danışdı - Baku TV

Siyasət
01 avqust 2026 302 baxış
Azərbaycan və Mərkəzi Asiya ölkələri bir geosiyasi məkanda - Baku TV

Azərbaycan və Mərkəzi Asiya ölkələri bir geosiyasi məkanda - Baku TV

Siyasət
01 avqust 2026 302 baxış
Azərbaycan XİN Yaponiya və Əlcəzairə başsağlığı ünvanladı - Baku TV

Azərbaycan XİN Yaponiya və Əlcəzairə başsağlığı ünvanladı - Baku TV

Siyasət
01 avqust 2026 302 baxış
Bakı-Bişkek münasibətlərində yeni mərhələ - Baku TV

Bakı-Bişkek münasibətlərində yeni mərhələ - Baku TV

Siyasət
01 avqust 2026 302 baxış
Azərbaycan-Qırğızıstan tərəfdaşlığı yeni mərhələdə - Baku TV

Azərbaycan-Qırğızıstan tərəfdaşlığı yeni mərhələdə - Baku TV

Siyasət
31 iyul 2026 302 baxış
Strateji tərəfdaşlığımızın inkişafına mane olacaq heç nə yoxdur | Sadır Japarov - Baku TV

Strateji tərəfdaşlığımızın inkişafına mane olacaq heç nə yoxdur | Sadır Japarov - Baku TV

Siyasət
31 iyul 2026 302 baxış
Çolpon-Ata bəyannaməsi qəbul olundu - Baku TV

Çolpon-Ata bəyannaməsi qəbul olundu - Baku TV

Siyasət
31 iyul 2026 302 baxış
Seçilmişlər
icon