Pleyeri seçin:

"Human Rights Watch" niyə qərəzli hesabat yayımlayır?

24 sentyabr 2023 697 baxış

“ABŞ-də fəaliyyət göstərən “Human Rights Watch” təşkilatı “Azərbaycan: Dağlıq Qarabağda mülkilərin hüquqlarını təmin et” adlı hesabat yayıb. İnsan hüquqları ilə məşğul olduğu söylənən təşkilatların bu mövzuda hesabat yayması ilk baxışdan normal görünə bilər. Sözügedən hesabatda olan kobud səhvləri və şişirtmələri bu qəbildən olan təşkilatların insan hüquqlarına həssaslığı ilə izah etmək olardı. Lakin “Human Rights Watch”un açıq-aşkar qərəzli və ayrı-seçkili yanaşması onun bütün bu fəaliyyətini tamamilə sual altına alır”.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, “Human Rights Watch” bir dəfə də olsun Ermənistandan azərbaycanlıların zorla qovulmasına münasibət bildirməyib. Hüquqlarımızın Ermənistan tərəfindən pozulmasına münasibət bildirməsi və qayıdış hüququmuza dəstək verməsi xahişi ilə təşkilata bir neçə dəfə, sonuncu dəfə 12 avqust 2023-cü il tarixində göndərdiyimiz müraciət cavabsız qalıb:

“Human Rights Watch” sözügedən hesabatında bir tərəfdən Azərbaycandan Qarabağı tərk etmək istəyən ermənilərə ölkədən çıxmaq üçün şərait yaratmağa tələb edir və digər tərəfdən dərhal onların qayıdış hüquqlarını xatırladır. Belə olan təqdirdə, “Human Rights Watch”-dan soruşmaq istərdik ki, niyə 30 ildə bir dəfə də olsun Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarını yada salmayıb?

Bu bariz qərəz və ayrı-seçkilik onu sübut edir ki, “Human Rights Watch”un insan hüquqları ilə əlaqəsi yoxdur və bu təşkilat sadəcə müəyyən dairələrin əlində ucuz siyasi vasitədir.

Biz “Human Rights Watch” təşkilatından azərbaycanlılara qarşı etnik və dini zəmində ayrı-seçkiliyə son qoymağı, Azərbaycanın Qarabağ bölgəsində aparılan reinteqrasiyaya mane olmamağı və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz yurd-yuvalarına geri qayıtmasına dəstək verməyi tələb edirik”.

Banner
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 697 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 697 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 697 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 697 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 697 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 697 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 697 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 697 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 697 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 697 baxış
Seçilmişlər
icon