Siyasət
Pleyeri seçin:

BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti Bakıda | Nələr müzakirə edildi?

14 noyabr 2024

Prezident İlham Əliyev noyabrın 14-də BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti Filemon Yanqla görüşüb.

BMT-nin Azərbaycanla əlaqələrinin çox yüksək səviyyədə olduğunu deyən Filemon Yanq ölkəmizin BMT Nizamnaməsinə tam sadiq olduğunu vurğulayıb.

COP29-un yüksək səviyyədə təşkil olunduğunu qeyd edən BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti bu tədbirin keçirilməsinin heç də asan olmadığını, hazırlıq prosesinə cəmi 11 ayın olduğunu vurğulayıb.

Filemon Yanq Azərbaycanın yaşıl keçid və yaşıl enerji konsepsiyalarını qeyd edib. Qonaq BMT Baş Assambleyasının gənc, peşəkar azərbaycanlı kadrları dəstəklədiyini deyib.

Prezident İlham Əliyev Azərbaycanın qısa müddət ərzində COP29-u yüksək səviyyədə təşkil etdiyini vurğulayaraq deyib ki, bu, ölkəmizin iqlim dəyişmələri ilə bağlı mübarizədə beynəlxalq səyləri dəstəkləmək əzmini göstərir.

COP prosesində artıq ilkin irəlliləyişlərin olduğunu qeyd edən dövlət başçısı COP29-da Paris Sazişinin 6-cı bəndi və beynəlxalq maliyyə qurumlarının yeni maliyyə hədəfləri ilə bağlı açıqlamaları müsbət hal kimi qiymətləndirib.

Azərbaycan Prezidenti ölkəmizə və COP-a qarşı geniş təbliğat kampaniyasının aparıldığını deyib.

Prezident İlham Əliyev Azərbaycanın çoxşaxəli diplomatik əlaqələrinin olduğunu qeyd edərək, ölkəmizin geniş coğrafi əhatəsi olan strateji tərəfdaşlıq münasibətləri qurduğunu bildirib.

Dövlət başçısı Qlobal Cənub ölkələri ilə inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin artırılmasının vacibliyini vurğulayaraq, dünyada mövcud olan geosiyasi arxitekturanın dəyişdirilməsinin və ədalətin təmin olunmasının zəruriliyini bildirib.

Fuat Oktay sülh müqaviləsindən danışdı | Cənubi Qafqaz üçün önəmi

Fuat Oktay sülh müqaviləsindən danışdı | Cənubi Qafqaz üçün önəmi

Siyasət
07 dekabr 2024
Bakıda Beynəlxalq Parlament Konfransı | Sahibə Qafarovanın çıxışında diqqətçəkən məqam

Bakıda Beynəlxalq Parlament Konfransı | Sahibə Qafarovanın çıxışında diqqətçəkən məqam

Siyasət
07 dekabr 2024
Keçmiş Qarabağ separatçıları barədə vacib məlumat

Keçmiş Qarabağ separatçıları barədə vacib məlumat

Siyasət
07 dekabr 2024
Dövlət başçısı İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidentini təbrik etdi

Dövlət başçısı İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidentini təbrik etdi

Siyasət
07 dekabr 2024
Onlar bizim şərəfimizi və ləyaqətimizi əlimizdən alıblar | Sen Martinlilərin etiraz səbəbi

Onlar bizim şərəfimizi və ləyaqətimizi əlimizdən alıblar | Sen Martinlilərin etiraz səbəbi

Siyasət
06 dekabr 2024
Ramil Həsən ermənilərin törətdiklərindən danışdı | Qərbi Azərbaycan mədəni irsi ilə tanışlıq

Ramil Həsən ermənilərin törətdiklərindən danışdı | Qərbi Azərbaycan mədəni irsi ilə tanışlıq

Siyasət
06 dekabr 2024
Sülhü girov sənədinə çevirənlər kimlərdir? | Ekspertlərdən mühüm açıqlama

Sülhü girov sənədinə çevirənlər kimlərdir? | Ekspertlərdən mühüm açıqlama

Siyasət
06 dekabr 2024
BQXK sakinlərimizə hansı yardımı göstərib? | Tərəflərin razılığından sonra elan edirdik ki...

BQXK sakinlərimizə hansı yardımı göstərib? | Tərəflərin razılığından sonra elan edirdik ki...

Siyasət
06 dekabr 2024
Niderland və Fransanın Sen Martindəki fəaliyyəti pisləndi | Fond katibindən açıqlama

Niderland və Fransanın Sen Martindəki fəaliyyəti pisləndi | Fond katibindən açıqlama

Siyasət
06 dekabr 2024
İlham Əliyevdən Avropa Komissiyasının Prezidentinə təbrik məktubu

İlham Əliyevdən Avropa Komissiyasının Prezidentinə təbrik məktubu

Siyasət
06 dekabr 2024
Seçilmişlər
icon