BMT-dən ermənipərəst jurnalistə layiqli cavab: sözçüdən kəskin reaksiya
Birləşmiş Millətlər Təşkilatı Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalist Evelin Leopoldun beynəlxalq təşkilatın missiyasının Qarabağı ziyarətinə dair yayımladığı hesabatla bağlı ironiyalı və təxribat xarakterli sualına sərt reaksiya verib.
Media nümayəndəsi erməniləri müdafiə edərək Birləşmiş Millətlər Təşkilatının Azərbaycanın əleyhinə açıqlama verməməsinin səbəbini soruşub.
Stefan Dujarrik isə bildirib ki, qurumun yaydığı hesabat tamamilə faktlara əsaslanıb.
“Bu bir rəy bəyanatı deyildi. Bölgəyə göndərilən missiya üzvləri öz gözləri ilə gördüklərini qələmə alıblar. Onlar görmədikləri heç nə barəsində danışmırlar. Biz Ermənistan hökumətinə humanitar yardım verməyə davam edirik. Həmkarlarımız yalnız gördükləri barədə məlumat verə bilər. Ərazidə baş verən prosesləri isə biz təhlil edə bilmərik”, – deyə Baş katibin sözçüsü qeyd edib.
#Qarabağ teqi istifadə olunub
- Azad edilmiş ərazilərdə torpaqların icarəsinə start verildi
- "Azərbaycan hərbi baxımdan həmişə Ermənistanı üstələyib" | Ruben Rubinyan - Baku TV
- Ağdərədə mal-qara otaran kənd sakini minaya düşdü - Baku TV CANLI
- Paşinyan Qarabağ danışıqlarına aid yayımlanan sənədlərə münasibət bildirdi - Baku TV CANLI
- İşğaldan azad edilən ərazilərdə nə qədər insan yaşayır?
