Pleyeri seçin:
Bu avtomobil yolunun təmirinə 2 milyon manat ayrıldı
İki min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən Yardımlı–Deman–Arvana avtomobil yolunun dağılmış hissəsi bərpa olunacaq və istinad divarları tikiləcək.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla bu məqsəd üçün dövlət büdcəsindən Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq iki milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə avtomobil yolunun təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycanın 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq tapşırılıb.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- "Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini məhv ediblər" | Prezident - Baku TV
- Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfrans keçirilir - Baku TV
- Fridrix Merts və İlham Əliyev arasında hansı məsələlər müzakirə olundu? - Baku TV
- Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi | Nələr müzakirə edildi?
- İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - Baku TV
