Pleyeri seçin:

Bu qərar müstəqilliyə aparan yolu açdı | 17 Noyabr Milli Dirçəliş Günüdür

17 noyabr 2025 259 baxış

Noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Bu tarix 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakıda Azadlıq meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı.

Milyonlarla insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı.

1989-cu ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya iştirakçısı və dinc sakin qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar Respublikanın adından "sovet" və "sosialist" sözləri çıxarıldı.

İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından bu sözlərin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addımı atdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.

Milli Dirçəliş Günü 17 noyabr 1992-ci ildə elan olunub. Milli Dirçəliş Günü artıq 5 ildir ki, Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunur. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğal altında olan torpaqları azad etdi.

2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində suverenliyimiz tam olaraq bərpa edildi. Hazırda azad olunmuş bütün ərazilər dirçəlir, Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır.

Azərbaycan Milli Dirçəliş Gününü tarixi və milli qürurunu bərpa edərək qeyd edir.

Naxçıvanın vurulması dünya mediasında | Müharibə daha çox ölkəyə yayılır? - BİZDƏN NƏ DANIŞIRLAR?

Naxçıvanın vurulması dünya mediasında | Müharibə daha çox ölkəyə yayılır? - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
09 mart 2026 259 baxış
Oğul Xamenei atasından nə ilə fərqlənir? | Ekspertlərdən açıqlama - Baku TV

Oğul Xamenei atasından nə ilə fərqlənir? | Ekspertlərdən açıqlama - Baku TV

Siyasət
09 mart 2026 259 baxış
Azərbaycanda özümü təhlükəsiz hiss edirəm | İrandan təxliyə edilən Pakistan vətəndaşı - Baku TV

Azərbaycanda özümü təhlükəsiz hiss edirəm | İrandan təxliyə edilən Pakistan vətəndaşı - Baku TV

Siyasət
09 mart 2026 259 baxış
Yaxın Şərqdə yeni güc balansı: İran zəifləyir, yoxsa daha təhlükəli olur? - AKTUAL GÜNDƏM

Yaxın Şərqdə yeni güc balansı: İran zəifləyir, yoxsa daha təhlükəli olur? - AKTUAL GÜNDƏM

Siyasət
09 mart 2026 259 baxış
Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb - Baku TV

Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb - Baku TV

Siyasət
09 mart 2026 259 baxış
Prezident İlham Əliyev İranın yeni Ali Rəhbərini təbrik etdi - Baku TV

Prezident İlham Əliyev İranın yeni Ali Rəhbərini təbrik etdi - Baku TV

Siyasət
09 mart 2026 259 baxış
İran böhranının yaratdığı iqtisadi çətinliklərə Avropa davam gətirə biləcək? - AKTUAL GÜNDƏM

İran böhranının yaratdığı iqtisadi çətinliklərə Avropa davam gətirə biləcək? - AKTUAL GÜNDƏM

Siyasət
09 mart 2026 259 baxış
Biləcəridən Ermənistana yola salınan qatarda nələr var? - Baku TV

Biləcəridən Ermənistana yola salınan qatarda nələr var? - Baku TV

Siyasət
09 mart 2026 259 baxış
Fransa səfiri Azərbaycan dilində xanımları təbrik etdi | "Bu hadisələri filmə çevirəcəyəm" - Baku TV

Fransa səfiri Azərbaycan dilində xanımları təbrik etdi | "Bu hadisələri filmə çevirəcəyəm" - Baku TV

Siyasət
09 mart 2026 259 baxış
Astarada təxliyə prosesi aparılır

Astarada təxliyə prosesi aparılır

Siyasət
09 mart 2026 259 baxış
Seçilmişlər
icon