Bu qətnamə onu göstərir ki... | Milli Məclisdən AP-yə kəskin etiraz
“Bildiyiniz kimi, oktyabrın 24-də Avropa Parlamentində Azərbaycanı hədəf alan növbəti siyasi aksiya təşkil olunub, ölkəmizə qarşı böhtanlar, yalan və saxta məlumatlar üzərində qurulan qərəzli qətnamə qəbul edilib. Avropa Parlamentinin Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qara qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur”.
Bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 29-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“Biz ölkəmizə qarşı irəli sürülən əsassız, cəfəng ittihamları, təhdid və tələbləri qətiyyətlə rədd edirik. Bu cür ədalətsiz və qeyri-obyektiv səbəblərin ortaya çıxması Cənubi Qafqaz regionunda tarixi ədalətin və beynəlxalq hüququn bərpası ilə barışa bilməyən qüvvələrin bəd niyyətlərini bir daha açıq göstərir”, – deyə sədr vurğulayıb.
#Milli Məclis teqi istifadə olunub
- Qalmaqallı məktub: Beynəlxalq müşahidəçiləri ermənilərin məhkəməsinə cəlb etmək istəyənlər - Baku TV
- Antimilli ünsürlərin rusiyapərəst mövqeyi
- “Dövlət qurumları özünü sığortalayıb” | Deputatdan qəzalı binalarla bağlı sərt irad
- “Həkim ehtiyatı axtarırıq, amma hazır resursdan istifadə edə bilmirik”
- Ehtiyatdan hərbi xidmətə çağırılan zabitlərin dinc dövrdə xidmət müddətində dəyişiklik
