Ceyhun Bayramov Çavuşoğluna zəng edib
Xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğluna zəng edib.
Azərbaycanlı nazir fevralın 20-də Hatayda baş verən 2 güclü zəlzələnin təsirləri ilə maraqlanıb. Telefon danışığı zamanı Türkiyədə böyük insan itkisi və güclü dağıntılara səbəb olan zəlzələnin nəticələrinin aradan qaldırılması işləri, zəlzələdən sonra yenidənqurma planları barədə müzakirələr aparılıb.
Ceyhun Bayramov Azərbaycanın qardaş Türkiyəyə bütün lazımi dəstəyini davam etdirəcəyini bir daha bildirib. Çavuşoğlu zəlzələ bölgəsində son vəziyyət, zəlzələ bölgələrində binaların tikintisi planları barədə ətraflı məlumat verib.
O, Hatayda baş verən sonuncu zəlzələlərin yalnız əvvəl ciddi və orta səviyyədə zədə alan binalara zərər verdiyini bildirib. Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
#Türkiyə teqi istifadə olunub
- Ermənistan Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələri davam etdirəcək | Erməni deputat - Baku TV
- "Türkiyə Qarabağla bağlı bu təşəbbüsü irəli sürdü" | Əli Əsədov - Baku TV
- Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib
- Netanyahu Suriyada yeni bir böhran yaratmağa çalışır?
- İŞİD-lə mübarizə üçün əməkdaşlıq müzakirə olunub
