Ceyhun Bayramov Türkiyənin yeni səfiri ilə görüşdü | Nələr müzakirə edildi?
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının ölkəmizdəki yeni təyin olunmuş səfiri Birol Akgünü qəbul edib.
Görüş zamanı səfir Birol Akgün etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir qardaş Türkiyənin yeni təyin olunmuş səfirini təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzu edib.
Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn mövzular, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Eyni zamanda Yaxın Şərqdə və Əfqanıstanda sabitliyin təmin edilməsi, Suriyada birgə təşəbbüslərin irəlilədilməsi istiqamətində səylərin əhəmiyyətli olduğu bildirilib.
Türkiyənin yeni təyin olunmuş səfiri Birol Akgün səmimi qəbula və təbriklərə görə təşəkkür edib, Türkiyənin Azərbaycanda səfiri qismində fəaliyyəti zamanı mövcud müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV
- Azərbaycan və Pakistan XİN rəhbərləri hansı məsələləri müzakirə etdi? - Baku TV
- Brüsseldə imzalanan bu sənəd Azərbaycanda qəzəb doğurdu - Baku TV
- Rəsmi Bakı Qəzza missiyasını dəyərləndirdi - Baku TV
- Ceyhun Bayramov Vyanada bir sıra görüşlər keçirdi - Baku TV
