Siyasət
Pleyeri seçin:

Ceyhun Bayramovla ABŞ rəsmisi arasında telefon danışığı

08 sentyabr 2023

Xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim arasında telefon danışığı baş tutub. Bu barədə XİN-dən məlumat verilib.

Ceyhun Bayramov bölgədə cari vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandıraraq Ermənistanın Azərbaycana qarşı hərbi-siyasi təxribatlarının, vəziyyəti təhrif edən manipulyasiyalarının artması fonunda bu ölkənin beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə istiqamətlənən propaqandasının reallıqları əks etdirmədiyini diqqətə çatdırıb.

Bölgədə guya çətin humanitar vəziyyət və blokadanın mövcudluğu ilə bağlı əsassız iddialar bəhanəsi ilə ölkəmizin daxili işlərinə, o cümlədən Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası səylərinə müdaxilələrin qəbuledilməz olduğu qeyd olunub.

Azərbaycan tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ağdam-Xankəndi yolundan istifadə etməklə erməni sakinlərə yüklərin daşınması, buna paralel olaraq “Laçın” yolundan istifadənin intensivləşməsi barədə əldə edilmiş razılıqların Ermənistan və onun yaratdığı qondarma rejim tərəfindən son anda pozulmasının yaranmış vəziyyətin humanitar deyil, siyasi manipulyasiya olduğunu göstərdiyi bildirilib.

Postmünaqişə dövründə bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində yaranmış tarixi şansın əldən verilməməsi üçün beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın təxribatçı addımlarının, o cümlədən Azərbaycan ərazilərində yaradılmış qondarma rejimi dəstəkləyən bəyanatlarının kəskin pislənməsi və qınanmasının zəruriliyi vurğulanıb.

Ermənistan tərəfinin sülh prosesini təhdid altında qoyan bəyanat və addımlarına baxmayaraq, normallaşma gündəliyinin irəli aparılmasında qərarlı olduğumuz, lakin bu mövqeyimizə sadiqliyimizin, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı yönələn hər hansı təhdidin qarşısını almaq hüququmuza xələl gətirmədiyi diqqətə çatdırılıb.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu fond vasitəsilə biz 1 milyard dollar vəsait toplamağa çalışırıq | Yalçın Rəfiyev

Bu fond vasitəsilə biz 1 milyard dollar vəsait toplamağa çalışırıq | Yalçın Rəfiyev

Siyasət
20 iyul 2024
2050-ci ildə qlobal məqsəd kimi.... | İcraçı direktordan açıqlama

2050-ci ildə qlobal məqsəd kimi.... | İcraçı direktordan açıqlama

Siyasət
20 iyul 2024
COP29-un Azərbaycan sədrliyinin mətbuat konfransı keçirildi

COP29-un Azərbaycan sədrliyinin mətbuat konfransı keçirildi

Siyasət
20 iyul 2024
İqlimlə bağlı əziyyət çəkən bütün icmaları... | Muxtar Babayevdən açıqlama

İqlimlə bağlı əziyyət çəkən bütün icmaları... | Muxtar Babayevdən açıqlama

Siyasət
20 iyul 2024
Neçə siyasi partiya seçkidə iştirak üçün müraciət edib?

Neçə siyasi partiya seçkidə iştirak üçün müraciət edib?

Siyasət
20 iyul 2024
Məzahir Pənahov seçki məntəqələrindəki hazırlıqlardan danışdı

Məzahir Pənahov seçki məntəqələrindəki hazırlıqlardan danışdı

Siyasət
19 iyul 2024
Məzahir Pənahovdan seçki ilə bağlı açıqlama | Proses getdikcə sürətlənir

Məzahir Pənahovdan seçki ilə bağlı açıqlama | Proses getdikcə sürətlənir

Siyasət
19 iyul 2024
Fransanın strateji hədəfi nədir? | Ekspertlərdən vacib açıqlama

Fransanın strateji hədəfi nədir? | Ekspertlərdən vacib açıqlama

Siyasət
19 iyul 2024
Jurnalistlərimiz bütün həqiqətləri Makronun üzünə vurdu | Konfransda gərgin anlar

Jurnalistlərimiz bütün həqiqətləri Makronun üzünə vurdu | Konfransda gərgin anlar

Siyasət
19 iyul 2024
1915-ci ildə Çaykəndin əhalisi Tovuz və Gədəbəyə köç edib | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

1915-ci ildə Çaykəndin əhalisi Tovuz və Gədəbəyə köç edib | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
19 iyul 2024
Seçilmişlər
icon