Pleyeri seçin:

Ceyhun Bayramovun Aİ-nin xüsusi nümayəndəsi ilə görüşündən mühüm detallar

11 oktyabr 2023 370 baxış

“Ermənistan Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmalıdır”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüş zamanı deyib.

Tərəflər 2 ölkə arasında sülh sazişi layihəsinin perspektivləri, normallaşma məsələləri, bölgədəki son vəziyyət, Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əhalisinin reinteqrasiyası istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparıblar. Ceyhun Bayramov Azərbaycan tərəfinin sülh gündəliyi üzrə Avropa İttifaqı da daxil olmaqla beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə həyata keçirilən görüşlərin müsbət nəticələnməsində maraqlı olduğunu, 30 il sonra bölgədə sülh və sabitliyin təmin edilməsi naminə tarixi imkanın yarandığını vurğulayıb. Bu xüsusda Ermənistanın revanşizmə gətirə biləcək açıqlama və bəyanatlar verməsindən, ölkəmizə qarşı apardığı qondarma qarayaxma kampaniyasından çəkinməli olduğunu diqqətə çatdırıb.

Nazir Qarabağın yerli erməni sakinlərinin reinteqrasiyası istiqamətində aparılan işlər barədə qarşı tərəfi məlumatlandırıb, Azərbaycanın yaratdığı elektron portal vasitəsilə yerli erməni sakinlərin qeydiyyatı prosesinin davam etdirildiyini bildirib. Həmçinin erməni sakinlərin Azərbaycan ərazisini tərk etməsinin hər hansı bir məcburi yerdəyişmə ilə əlaqədar olmadığı diqqətə çatdırılıb. BMT rəsmilərinin bölgəyə son səfərləri və səfər sonrası verilən açıqlamaların bunun bariz nümunəsi olduğu qeyd olunub. 

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 370 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 370 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 370 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 370 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 370 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 370 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 370 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 370 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 370 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 370 baxış
Seçilmişlər
icon