Pleyeri seçin:

CHP ilə əlaqələr necə normallaşdı? - İmamoğlunun Bakı səfərində diqqətçəkən nüans

15 noyabr 2024 307 baxış

Türkiyənin İstanbul şəhərinin bələdiyyə başqanı Əkrəm İmamoğlu COP29 çərçivəsində Azərbaycana gəlib.

O, ümummilli lider Heydər Əliyevin məzarını və Bakıda Türk Şəhidliyini ziyarət edib.

Maraqlıdır ki, bir müddət öncə onun üzvü olduğu Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl də Azərbaycan Prezidenti İlham Əliyevə zəng etmişdi.

Siyasi şərhçi Asif Nərmanlının fikrincə, CHP rəsmilərinin Azərbaycana səfəri, bu partiyanın ölkəmizlə münasibətlərinin normallaşması onların mövqeyinin nəticəsidir.

“Keçmiş sədr Kamal Kılıçdaroğlunun dövründə CHP təkcə Türkiyədə deyil, Qərbdə də Azərbaycana qarşı olan qüvvələrin xəttini izləyirdi. Onun Zəngəzur dəhlizinin əleyhinə olan layihəni irəli sürməsi də bunu əyani şəkildə göstərdi. Lakin CHP-də rəhbər dəyişikliyindən sonra bu partiyanın hakim Ədalət və İnkişaf Partiyası ilə münasibətlərində normallaşma dövrü başladı. Eyni vəziyyət Bakıya qarşı münasibətdə də müşahidə edilir.

Təbii ki, Azərbaycan heç vaxt Türkiyənin ana müxalifət partiyası ilə münasibətlərin gərginləşməsində maraqlı olmayıb. Bu baxımdan Bakı CHP-dən uzadılan əli geri çevirmir. Lakin bu, Azərbaycanın Türkiyənin daxili siyasətinə qarışması, yaxud Ərdoğana qarşı olan qüvvələrlə əməkdaşlıq etməsi demək deyil. Çünki CHP ilə əlaqələrin normallaşması bu partiyanın Türkiyə daxilində AKP ilə münasibətlərinin yumşalması çərçivəsində baş verir”, – A.Nərimanlı bildirib.

Qeyd edək ki, Əkrəm İmamoğlunun Türkiyədə keçiriləcək növbəti prezident seçkilərində CHP-nin namizədlərindən biri kimi adı çəkilir.

Tehranla Bakı arasında həmrəylik mesajları səsləndi - Baku TV CANLI

Tehranla Bakı arasında həmrəylik mesajları səsləndi - Baku TV CANLI

Siyasət
10 avqust 2026 307 baxış
"Məkkə sazişi"nin arxasındakı güc, əsas hədəf: Bakı niyə bu ittifaqda yer ala bilər? - HƏRBİ XRONİKA

"Məkkə sazişi"nin arxasındakı güc, əsas hədəf: Bakı niyə bu ittifaqda yer ala bilər? - HƏRBİ XRONİKA

Siyasət
10 avqust 2026 307 baxış
İran Azərbaycanla qarşıdurmadan əməkdaşlığa keçir? - AKTUAL GÜNDƏM

İran Azərbaycanla qarşıdurmadan əməkdaşlığa keçir? - AKTUAL GÜNDƏM

Siyasət
10 avqust 2026 307 baxış
İran Prezidentindən Azərbaycanla bağlı diqqətçəkən açıqlama - Baku TV

İran Prezidentindən Azərbaycanla bağlı diqqətçəkən açıqlama - Baku TV

Siyasət
10 avqust 2026 307 baxış
"Hər zərbəyə cavab verəcəyik!" | Zelenskidən Rusiyaya sərt mesaj - Baku TV CANLI

"Hər zərbəyə cavab verəcəyik!" | Zelenskidən Rusiyaya sərt mesaj - Baku TV CANLI

Siyasət
10 avqust 2026 307 baxış
Vaşinqtonda yaradılan sülh imkanları regionun gələcəyini necə dəyişəcək? - Baku TV

Vaşinqtonda yaradılan sülh imkanları regionun gələcəyini necə dəyişəcək? - Baku TV

Siyasət
10 avqust 2026 307 baxış
Türkiyə XİN başçısı Hakan Fidandan vacib açıqlama - Baku TV

Türkiyə XİN başçısı Hakan Fidandan vacib açıqlama - Baku TV

Siyasət
09 avqust 2026 307 baxış
ABŞ-dən Azərbaycan və Ermənistana mühüm mesaj - Baku TV

ABŞ-dən Azərbaycan və Ermənistana mühüm mesaj - Baku TV

Siyasət
09 avqust 2026 307 baxış
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV

Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV

Siyasət
08 avqust 2026 307 baxış
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV CANLI

Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV CANLI

Siyasət
08 avqust 2026 307 baxış
Seçilmişlər
icon