COP-un Azərbaycanda keçirilməsini həzm edə bilməyənlər | Narahat olanlar kimdir?
“Bizim COP-la bağlı gündəliyimiz proqnozlaşdırıla bilən, aydın hədəflərə, məqsədlərə, nəticələrə köklənmiş gündəlikdir. Deyə bilərəm ki, qərardan altı ay keçdikdən sonra biz daha az hücuma məruz qalırıq. Ancaq onu bilirik ki, tədbir yaxınlaşdıqca bu ittihamların və hücumların sayı artacaqdır”.
Prezident İlham Əliyev bu fikirləri bir müddət əvvəl keçirilən 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirib.
Nəinki qlobal, hətta regional öhdəliklərini icra etməkdə aciz qalan və elə buna görə də üzərində qırmızı xəbərdarlıq işığı yanan ölkələr Azərbaycanın dünyaya “yaşıl vədləri”ni həzm edə bilmir. Elə bu səbəbdən son vaxtlar Amerika Erməniləri Milli Komitəsi narahat dövrünü yaşayır.
Belə ki, Komitə tərəfindən ölkəmizə qarşı sistemli informasiya müharibəsi aparılır. Onlar iddia etməyə çalışırlar ki, guya COP-un Bakıda keçirilməsi uğursuz qərardır.
Analitiklər bildirirlər ki, belə qərəzli təşkilatların sayı kifayət qədər çoxdur.
Millət vəkili Tural Gəncəliyevin sözlərinə görə, xüsusilə ABŞ-də sözügedən kampaniyalar çox aktivdir:
“ANCA ilə yanaşı, ABŞ Dövlət Departamentindən maliyyələşən və adını QHT qoyan bir sıra təşkilatlar buna nümunədir. Bu, USAİD-la başlayır, “Freedom House”, “Human Rights” kimi çox qərəzli ABŞ Dövlət Departamentindən aldıqları pul müqabilində başqa ölkələrə qarayaxma kampaniyası ilə məşğul olan təşkilatlardır”.