Cəmiyyət
Pleyeri seçin:

DTX ötən il neçə cinayət işinə baxıb? | Əli Nağıyev detalları açıqladı

28 mart 2024

2023-cü il ərzində 27 dəfə dövlətə xəyanət cəhdi olub.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin “Respublika” qəzetində dərc olunan məqaləsində qeyd edilib.

Bildirilib ki, 2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidməti 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb. Həmin cinayət işlərindən 27-si dövlətə xəyanət, 12-si casusluq, 7-si dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə, 35-i terrorçuluq, terrorçuluğa hazırlıq və Azərbaycan hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməklə bağlı olub.

Bununla yanaşı, icraatda olan cinayət işləri üzrə ümumilikdə 175 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi və əmlak üzərinə həbs qoyulması təmin edilib.

Əli Nağıyevin məqaləsində həmçinin o da qeyd olunub ki, 1992-ci ilin yanvarında Daşaltı əməliyyatında itkin düşən daha 73 nəfərin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

O cümlədən Birinci Qarabağ müharibəsində itkin düşən 3890 vətəndaşın taleyinə aydınlıq gətirilməsi, işğaldan azad olunan ərazilərdə kütləvi məzarlıqların müəyyən olunması, meyit qalıqlarının ekshumasiyası və eyniləşdirilməsi istiqamətində hazırda intensiv iş aparılır. Görülən tədbirlər nəticəsində 107 itkin düşən şəxsin eyniləşdirilməsi təmin edilib.

Xaçmazda "Kitabsevərlər" adlı tədbir keçirilib

Xaçmazda "Kitabsevərlər" adlı tədbir keçirilib

Cəmiyyət
27 aprel 2024
Məktəbin qarşısında təhlükəli vəziyyət yarandı

Məktəbin qarşısında təhlükəli vəziyyət yarandı

Cəmiyyət
27 aprel 2024
Fazil Mustafaya silahlı hücum edənlər niyyətlərini açıqladı

Fazil Mustafaya silahlı hücum edənlər niyyətlərini açıqladı

Cəmiyyət
27 aprel 2024
Bakıda qətl törədən ataya neçə il hökm oxundu?

Bakıda qətl törədən ataya neçə il hökm oxundu?

Cəmiyyət
27 aprel 2024
Cəbrayıl uğrunda canını verən şəhid polkovnik-leytenant Rəşad Quliyev

Cəbrayıl uğrunda canını verən şəhid polkovnik-leytenant Rəşad Quliyev

Cəmiyyət
26 aprel 2024
TƏBİB-in İcraçı direktorundan tibbi arayışlarla bağlı vacib açıqlama

TƏBİB-in İcraçı direktorundan tibbi arayışlarla bağlı vacib açıqlama

Cəmiyyət
26 aprel 2024
Vətəndaşların nəzərinə | May ayının 1-dən...

Vətəndaşların nəzərinə | May ayının 1-dən...

Cəmiyyət
26 aprel 2024
Orduda ehtiyat zabit hazırlığı kursuna növbəti qəbul başlayır

Orduda ehtiyat zabit hazırlığı kursuna növbəti qəbul başlayır

Cəmiyyət
26 aprel 2024
Cərimələnən sürücünün şikayətinə qurum nə cavab verdi?

Cərimələnən sürücünün şikayətinə qurum nə cavab verdi?

Cəmiyyət
26 aprel 2024
7 ildir kirayəyə məcburuq | MTK və sakinlər qarşı-qarşıya

7 ildir kirayəyə məcburuq | MTK və sakinlər qarşı-qarşıya

Cəmiyyət
26 aprel 2024
Seçilmişlər
icon