Dünya diqqətində olan görüşün detalları açıqlandı | Üçtərəfli görüş baş tuta bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Baş nazirinin müavini Aleksey Overçuk İrəvanda Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığı müzakirə ediblər.
Yerli medianın məlumatına görə, tərəflər ticarət həcmlərinin dinamikası və birgə proqramların icrası ilə bağlı məsələləri nəzərdən keçiriblər.
“Görüş zamanı ikitərəfli gündəlikdəki məsələlər müzakirə olunub. Həmsöhbətlər Avrasiya İqtisadi Komissiyası çərçivəsində əməkdaşlığın cari məsələləri barəsində danışıblar”, – deyə məlumatda vurğulanıb.
Bununla yanaşı, maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, daha əvvəl Rusiya rəsmisi İrəvanda kommunikasiyalara dair məsələ ilə bağlı Bakı ilə mümkün üçtərəfli görüşün müzakirə ediləcəyini açıqlayıb.
#Ermənistan teqi istifadə olunub
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
- İranın Ali Rəhbərinin müşaviri Ermənistanın TRIPP layihəsində iştirakına etiraz edib - Baku TV CANLI
- Qovulan azərbaycanlıların kəndindən qalan məscid | Xələcdə üzə çıxan tarixi tapıntı - Baku TV
- Tarixi sənədlərdə Xələc kəndi ilə bağlı hansı məlumatlar yer alır? - Baku TV
- Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib
