Siyasət
Pleyeri seçin:

Elçin Əmirbəyov: Parisə etibarımız sıfıra bərabərdir

06 oktyabr 2023

“Bu gün Ermənistan və Azərbaycan arasında hətta potensial vasitəçi kimi Fransaya olan etibarımız sıfıra bərabərdir”.

Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “FranceInter” radiosuna müsahibəsində deyib.

“Fransanın hazırkı siyasi rəhbərliyinin Ermənistana hədsiz dəstəyi elə bir vəziyyətə gətirib çıxarıb ki, Azərbaycanda heç kim hətta nəzəri cəhətdən Parisi Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına kömək etmək üçün ən azı müəyyən qədər faydalı töhfə verə biləcək tərəf kimi qəbul etməyə hazır deyil. Tam tərsi”, – deyə o vurğulayıb.

E.Əmirbəyov əlavə edib ki, Parisin erməni maraqlarını fədakarlıqla müdafiə etmək öhdəliyinə son açıq sübut Fransanın xarici işlər naziri Ketrin Kolonnanın İrəvanla hərbi-texniki əməkdaşlığı yeni keyfiyyət müstəvisinə çıxarmaq, o cümlədən de-fakto müttəfiqinə silah və hərbi texnika tədarükünün başlanması oldu.

“Fransanın bu cür düşüncəsiz addımı nəinki onun “sülhməramlı” kimi cilovsuz ambisiyalarını puça çıxarır, həmçinin Ermənistanı Azərbaycana qarşı yeni ölümcül təxribatlara və yeni təcavüzə sövq edərək regionu hərbi qarşıdurmanın yeni təhlükəli səviyyəsinə çıxarır”, – deyə Elçin Əmirbəyov vurğulayıb.

Prezident BMT Baş katibinin köməkçisi ilə görüşdü

Prezident BMT Baş katibinin köməkçisi ilə görüşdü

Siyasət
01 may 2024
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi

İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi

Siyasət
01 may 2024
Azərbaycanlıların sayı getdikcə azalan rayon | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Azərbaycanlıların sayı getdikcə azalan rayon | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
01 may 2024
İlham Əliyev Şimali Qafqaz regionunun müftiləri ilə görüşdü

İlham Əliyev Şimali Qafqaz regionunun müftiləri ilə görüşdü

Siyasət
01 may 2024
İlham Əliyev Rusiyanın Baş ravvini Berl Lazarı qəbul etdi

İlham Əliyev Rusiyanın Baş ravvini Berl Lazarı qəbul etdi

Siyasət
01 may 2024
TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyəti Bakıda

TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyəti Bakıda

Siyasət
01 may 2024
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi

İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi

Siyasət
01 may 2024
Baku TV VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda

Baku TV VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda

Siyasət
01 may 2024
Erməni politoloqdan hayları təşvişə salacaq açıqlama

Erməni politoloqdan hayları təşvişə salacaq açıqlama

Siyasət
01 may 2024
Azərbaycandan qisas almaq istəyən Fransanın budəfəki planı nədir?

Azərbaycandan qisas almaq istəyən Fransanın budəfəki planı nədir?

Siyasət
01 may 2024
Seçilmişlər
icon