Siyasət
Pleyeri seçin:
Əli Əsədov və BMT-nin İnkişaf Proqramının administratoru arasında müzakirə
Baş naziri Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru Axim Ştaynerlə görüşüb.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə Bakıda keçirilən COP29-un iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və yaşıl enerjidən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin təşviqində mühüm rol oynayacağına əminlik ifadə olunub.
Həmçinin uzunmüddətli səmərəli tərəfdaşlıq, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşması istiqamətində işbirliyi, birgə həyata keçirilən layihələr nəzərdən keçirilib, ikitərəfli əməkdaşlığın gündəliyində duran məsələlər müzakirə olunub.
Kopyalandı
Seçilmişlər