Siyasət
Pleyeri seçin:

Əli İnsanov İlham Əliyevlə bağlı nələr dedi?

16 oktyabr 2023

Haqq Ədalət Partiyasının sədri Əli İnsanov Prezident İlham Əliyevin Xankəndidə bayraq ucaltmasına münasibət bildirib.

Bir çox müxalifət nümayəndəsi kimi Əli İnsanov da bu tarixi günü yüksək qiymətləndirib:

“Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev bu gün 2023-cü ilin oktyabrın 15-də Xankəndi şəhərinin mərkəzində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və bütün dünya ermənilərinə, onların mənfur havadarlarına gözdağı vermiş oldu. Azərbaycan xalqına isə böyük xoşbəxtlik və sevinc bəxş etdi. Bu günləri görən və bu tarixi qələbənin yol xəritəsini çəkmiş ulu öndərimiz Heydər Əliyevin isə ruhunu şad etdi.

Bu Tarixi Qələbəni qazanmaq üçün Prezident İlham Əliyev 20 il ərzində 20 ilə sığmayan tarixi xariqələr yarada bildi. Güclü Azərbaycan iqtisadiyyatı, xalqımızın qüruru olan güclü qalib Ordumuz və dünyanın qəbul etdiyi inkişaf etmiş Azərbaycan Respublikası Prezident İlham Əliyevin ən böyük uğurları sayılır.

Prezident İlham Əliyevin yürütdüyü çox uğurlu siyasət və yüksək bildiyi siyasi-diplomatik zirvələr onu dünyanın ən nüfuzlu siyasi liderlərindən biri etdi.

1993-cü ildə Azərbaycan xalqı böyük sevgi və ümidlə ulu öndərimiz Heydər Əliyevi hakimiyyətə gətirməklə ölkəmizdə artıq başlamaqda olan vətəndaş müharibəsindən, suverenliyimizin itirilməsindən, dövlətçiliyimizin məhv olmasından qurtardı və 1993-cü il iyunun 15-i tariximizə Qurtuluş Günü, Heydər Əliyevin adı isə xalqın xilaskarı kimi tariximizə qızıl hərflərlə həkk olundu.

Prezident İlham Əliyev ümumilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyində, özünün hakimiyyətə gəlməsinin isə 20-ci il dönümündə son 400 illik tariximizdə torpaq alan, Azərbaycanın zəbt olunmuş torpaqlarını özünə qaytaran ölkə başçısı və Ali Baş Komandan kimi böyük düşmən ölkələrin və qüvvələrin caynaqları ilə 200 ildir ermənilərə pərçimlənmiş doğma Qarabağımızı qaytarıb Vətən torpaqlarımıza qatmış Qarabağ fatehi kimi şanlı tariximizdə öz şərəfli adını aldı. Azərbaycan xalqının böyük oğlu və sevimlisi Prezident İlham Əliyev xalqımızın qisasını qiyamətə qoymadı”.

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

Siyasət
22 noyabr 2024
Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Siyasət
22 noyabr 2024
BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

Siyasət
22 noyabr 2024
Bunu etiraf etməsək… | COP29-da inkişaf etmiş ölkələrə çağırış

Bunu etiraf etməsək… | COP29-da inkişaf etmiş ölkələrə çağırış

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə mühüm müzakirələr | Əməkdaşımız ən son məlumatları çatdırdı

COP29-un 12-ci günündə mühüm müzakirələr | Əməkdaşımız ən son məlumatları çatdırdı

Siyasət
22 noyabr 2024
"Ermənilər xizəksürmə üzrə Ermənistan çempionu Elbəy Novruzovu qətlə yetirdilər"

"Ermənilər xizəksürmə üzrə Ermənistan çempionu Elbəy Novruzovu qətlə yetirdilər"

Siyasət
22 noyabr 2024
COP29 Sədrliyindən danışıqlarda son vəziyyətlə bağlı bəyanat | Həll yolunu tapmayan məsələlər üçün…

COP29 Sədrliyindən danışıqlarda son vəziyyətlə bağlı bəyanat | Həll yolunu tapmayan məsələlər üçün…

Siyasət
22 noyabr 2024
Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Siyasət
22 noyabr 2024
Pərviz Şahbazov Türkiyədə nazir Alparslan Bayraktarla görüşdü

Pərviz Şahbazov Türkiyədə nazir Alparslan Bayraktarla görüşdü

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon