Siyasət
Pleyeri seçin:

Ərdoğandan İlham Əliyevə təbrik məktubu

08 fevral 2024

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd edilir:

“Zati-alinizin uğurlu liderliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi inkişaf, bütün torpaqlarını işğaldan azad etməsi və beynəlxalq aləmdə getdikcə artan nüfuzu bizim üçün daim qürurverici olub.

Türkiyə ilə Azərbaycan arasında “Sevincdə və kədərdə birlik”lə “Bir millət, iki dövlət” şüarları zəminində formalaşan qardaşlıq və həmrəylik əlaqələri Şuşa Bəyannaməsi ilə münasibətlərimizin güclü əsasını təşkil etməyə davam edəcək.

Qardaş Azərbaycan xalqı tərəfindən yenidən lider seçilməyinizin təkcə ölkələrimiz arasındakı bənzərsiz münasibətlər baxımından deyil, bölgəmizin uzun illərdir ehtiyac duyduğu sülh və sabitliyin bərqərar olması baxımından da böyük bir nailiyyət olduğunu düşünürəm.

Bu baxımdan müzəffər lider kimi seçkiləri uğurla başa vurmağınızdan sonra böyük əmək sərf etdiyiniz Ermənistanla müzakirələrin də sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyinə ümid edirəm”.

Qeyd edək ki, Türkiyə lideri fevralın 7-də Prezident İlham Əliyevə zəng də edərək seçkilərdə inamlı qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edib, ölkəmizin daha da inkişaf etdirilməsi və xalqımızın rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb. Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü çatdırıb.

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu | Asip Kayadan qardaşlıq mesajı

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu | Asip Kayadan qardaşlıq mesajı

Siyasət
31 avqust 2024
Seçicilərin sayı nə qədərdir? - Sədrdən məntəqələr barədə vacib açıqlama

Seçicilərin sayı nə qədərdir? - Sədrdən məntəqələr barədə vacib açıqlama

Siyasət
31 avqust 2024
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovdan açıqlamalar

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovdan açıqlamalar

Siyasət
31 avqust 2024
Məntəqələrdəki veb-kameralar elə seçilib ki... | Məzahir Pənahov detalları açıqladı

Məntəqələrdəki veb-kameralar elə seçilib ki... | Məzahir Pənahov detalları açıqladı

Siyasət
31 avqust 2024
Azərbaycanda ən yaşlı qadın və kişi seçicilərin kimliyi açıqlandı

Azərbaycanda ən yaşlı qadın və kişi seçicilərin kimliyi açıqlandı

Siyasət
31 avqust 2024
Seçkiqabağı təşviqat başa çatdı | 125 deputat yeri uğrunda...

Seçkiqabağı təşviqat başa çatdı | 125 deputat yeri uğrunda...

Siyasət
31 avqust 2024
Mehriban Əliyeva medal qazanmış İmaməddin Xəlilov və Fatih Çeliki təbrik etdi

Mehriban Əliyeva medal qazanmış İmaməddin Xəlilov və Fatih Çeliki təbrik etdi

Siyasət
31 avqust 2024
Müdafiə naziri Orduda aparılan islahatlardan danışdı

Müdafiə naziri Orduda aparılan islahatlardan danışdı

Siyasət
31 avqust 2024
Cahit Bağçı Prezident İlham Əliyevin sözlərini xatırlatdı

Cahit Bağçı Prezident İlham Əliyevin sözlərini xatırlatdı

Siyasət
31 avqust 2024
Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə tədbir keçirilib

Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə tədbir keçirilib

Siyasət
31 avqust 2024
Seçilmişlər
icon