Erməni deputat Azərbaycanla Ermənistan arasındakı münasibətdən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“İrəvan kiçik addımlarla Bakı ilə etimad mühiti yaratmağa çalışır”.
Bu barədə Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatı, dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbəri Vladimir Vardanyan jurnalistlərə deyib.
Bildirib ki, Tavuşda sərhədlərin delimitasiyası da bu məntiqə uyğundur.
"Real siyasət konsensus əldə etməyin mümkün olduğu əraziləri müəyyən etmək və irəliləmək üzərində qurulub. Nəhayət, kiçik addımlarla qarşılıqlı etimad hər hansı mühüm qərarlardan daha vacibdir", – deyə o əlavə edib.
Qeyd edək ki, aprelin 19-da Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və hər iki ölkənin dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.
#Ermənistan teqi istifadə olunub
- İrəvanın yeni təhlükəsizlik axtarışı
- Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı
- Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV
- Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular
- Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV
