Siyasət
Pleyeri seçin:

Erməni jurnalist 1988-ci ildə soyqırımı törətmiş ermənilərin etiraflarını yaydı

16 aprel 2024

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Quqarkda azərbaycanlılara tutulan divanın təşkilatçıları danışdılar” adlı veriliş efirə gedib.

Verilişdə Ermənistan SSR hakimiyyəti və silahlı millətçi qruplarının Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara qarşı planlı soyqırımı üçün 1988-ci ildə hərəkətə keçməsindən, hər bölgədə amansız hücumlar, qətliam və talanlar törətməsindən, eləcə də erməni jurnalist Mane Papyanın araşdırmasında bütün bunların ermənilər tərəfindən Sumqayıtda baş verən toqquşmalardan xeyli əvvəl planlaşdırıldığından bəhs olunub.

Verilişdə Böyük Qarakilsə, ermənilərin Quqark, Hamamlı, Spitak adlandırdığı rayonlarda və Kirovakan şəhərində Sumqayıt təxribatından xeyli əvvəl mütəşəkkil şəkildə planlaşdırılan qətliam, talan və cinayətlər hadisələrin təşkilatçılarının dili ilə təqdim olunub.

Bildirilib ki, Böyük Qarakilsənin ovaxtkı prokuroru Qriqori Şahverdyanın şəxsi arxivində saxlanılan sənədlərdə bütün faktlar qeyd olunub:

“Belə ki, 1988-ci ildə Quqark rayonunda təxribat aktı törədilib, mart-noyabr aylarında 624 azərbaycanlı işdən çıxarılıb. 1989-cu il iyulun 10-na aid “Kirovakanda millətlərarası cinayətlər” adlı sənəddə 42 cinayət hadisəsi qeyd olunub.

1988-ci ilin mart ayından etibarən azərbaycanlıların evlərinə basqınlar, döyülmə və quldurluq halları qeydə alınıb. Azərbaycanlılar təkcə evdə deyil, işdə də narahat idilər. Həmkarları tərəfindən döyülmə halları, o cümlədən səbəbsiz işdən çıxarılma, bazarda azərbaycanlı satıcıların döyülməsi və sairə hallar olub. 1989-cu ildə Quqark rayonunun bir çox azərbaycanlıları öz mənzillərini satmaq, zəlzələdə itirilmiş mənzillərə görə kompensasiya almaq üçün geri qayıtdılar”.

ABŞ-dən Azərbaycana qarşı qərəzli çağırış | Qarabağdan köçən ermənilərə 200 milyon…

ABŞ-dən Azərbaycana qarşı qərəzli çağırış | Qarabağdan köçən ermənilərə 200 milyon…

Siyasət
02 may 2024
MSK sədri parlament seçkisinə hazırlıqla bağlı tapşırıq verdi

MSK sədri parlament seçkisinə hazırlıqla bağlı tapşırıq verdi

Siyasət
02 may 2024
MSK-dan komitə sədri təyin olunan Ramin Məmmədovla bağlı açıqlama

MSK-dan komitə sədri təyin olunan Ramin Məmmədovla bağlı açıqlama

Siyasət
02 may 2024
Prezident Heydər Əsədovla bağlı sərəncam imzaladı

Prezident Heydər Əsədovla bağlı sərəncam imzaladı

Siyasət
02 may 2024
Şuşa İslam ölkələrinin mədəniyyət mərkəzi olacaq | İƏT rəsmisi

Şuşa İslam ölkələrinin mədəniyyət mərkəzi olacaq | İƏT rəsmisi

Siyasət
02 may 2024
Prezident İlham Əliyev Rusiya rəsmiləri ilə görüşdü

Prezident İlham Əliyev Rusiya rəsmiləri ilə görüşdü

Siyasət
02 may 2024
Yəmənli ekspertdən səmimi açıqlama | Azərbaycan sübut etdi ki...

Yəmənli ekspertdən səmimi açıqlama | Azərbaycan sübut etdi ki...

Siyasət
02 may 2024
İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi

İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi

Siyasət
02 may 2024
Ermənistan müxalifəti sirləri açır | Göyçə və Zəngəzurun bir hissəsi qaytarılır?

Ermənistan müxalifəti sirləri açır | Göyçə və Zəngəzurun bir hissəsi qaytarılır?

Siyasət
02 may 2024
Bakıdakı beynəlxalq forumun əhəmiyyəti | Amerikalı politoloqdan açıqlama

Bakıdakı beynəlxalq forumun əhəmiyyəti | Amerikalı politoloqdan açıqlama

Siyasət
02 may 2024
Seçilmişlər
icon