Pleyeri seçin:

Ermənidən çox erməni olan senat iş başında

17 yanvar 2024 430 baxış

Rəsmi Paris öz məkrli siyasəti ilə ürək bulandırmaqda davam edir.

Fransa Senatı bu dəfə də ermənidən çox erməni olmağı seçərək Ermənistanı dəstəkləyən və Azərbaycana qarşı olan yeni qətnamə qəbul edib.

Sənəddə ölkəmizin ötən ilin sentyabrında Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri pislənilib, ölkəmizə qarşı Avropada sanksiya rejiminin tətbiqi təklif edilib. Qətnamədə hətta Ermənistanın müdafiəsini təmin etmək üçün Fransa tərəfindən hər növ vasitələrlə təmin edilməsi də öz əksini tapıb.

Xatırladaq ki, bu, ölkəmizə qarşı atılan ilk belə addım deyil. 2022-ci ilin payızında da Fransa oxşar tələblərlə çıxış edib. O zaman da Senatda Azərbaycana qarşı sanksiyaların tətbiqini, Silahlı Qüvvələrimizin guya Ermənistan ərazisindən dərhal çıxarılmasını tələb edən qətnamə qəbul edilib.

Məlumat üçün bildirək ki, sözügedən sənəddə ermənilərin qayğısına qalaraq Nikol Paşinyan hökumətinə də çağırış müddəası da yer alıb. Qeyd olunub ki, rəsmi İrəvan Azərbaycanın iqtisadi zonası olan Qarabağı könüllü tərk edən ermənilərə qucaq açmalı, onlara mənzil, səhiyyə və təhsil baxımından dəstək verməlidir. Fransa bu təşəbbüsdə Ermənistan hakimiyyətinə yardım etməyə hazır olduğunu da qeyd edib.

Fransa Senatı özü də qərəzli mövqeyini hiss edərək ikili oyun oynadığını dolayı yolla etiraf edib. Palata üzvləri bildiriblər ki, qətnamənin hökumət üçün məcburi əhəmiyyəti yoxdur, bu sadəcə parlamentarilərin istəyinin və ya narahatlığının ifadəsidir.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 430 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 430 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 430 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 430 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 430 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 430 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 430 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 430 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 430 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 430 baxış
Seçilmişlər
icon