Pleyeri seçin:

Rusiyalı politoloq Parisin anti-Azərbaycan siyasətini şərh etdi

18 yanvar 2024 388 baxış

"Fransa Senatı Azərbaycanla bağlı sərt qətnamə qəbul edib. Sənədin müəllifləri Ermənistanın ərazi bütövlüyünü dəstəkləyib, həmçinin həm öz hökumətlərini, həm də Avropa Birliyindəki tərəfdaş ölkələri Bakıya qarşı sanksiyalar tətbiq etməyə çağırıblar. Bu təşəbbüs, təbii ki, sürpriz olmadı".

Bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

“Birincisi, bu gün Bakı ilə Paris arasında münasibətlər SSRİ-nin dağılmasından sonrakı bütün dövr ərzində, bəlkə də, ən aşağı nöqtədədir. İkincisi, Fransa ermənipərəstliyi ilə tanınır, bunun üçün bir çox izahı var. Bu ölkədə sayı 350-500 min nəfər olan böyük erməni diasporu məskunlaşıb. Bu, Rusiya və ABŞ-dən sonra dünyada üçüncü, AB-də isə ən böyük erməni diasporudur.

Ən böyük icmalar Paris, Lion və Marseldə qeydə alınıb. Erməni kökləri olan Fransanın tanınmış vətəndaşları arasında rejissor Anri Verney, müğənni Şarl Aznavur, futbolçular Yuri Corkayeff, Alen Boqosyan və siyasətçi Patrik Devedjyan kimi obrazlar var. Erməni tarixindən hekayələr Fransa kinosunda, ədəbiyyatında və incəsənətində geniş şəkildə təmsil olunur.

Məsələn, Verneyin “Mayrik” (“Ana”) filmini götürək. Lobbi strukturları da ənənəvi olaraq fəaldırlar. Baxmayaraq ki, bəzi ekspertlərin və publisistlərin fikrincə, onlar tarixi və tarixi-hüquqi mövzulara həddindən artıq diqqət yetirirlər.

Fransa parlamenti 2000-ci ildə Osmanlı İmperiyasında 20-ci əsr “faciəsini” “erməni soyqırımı” kimi tanıdı və ovaxtkı prezident Jak Şirak 2001-ci ildə müvafiq qanunu imzaladı.

2020 və 2024-cü illər arasında Fransa Senatı nəinki Ermənistanı dəstəkləyən və Azərbaycanı pisləyən, hətta Qarabağın tanınmasını tələb edən ən azı 3 qətnamə qəbul edib.

Düzdür, bir nüans var. 2022-ci ilin noyabrında Senat qətnaməsinin qəbulundan sonra Paris Bakıya məhdudiyyət qoymayıb. Üstəlik, Beşinci Respublikanın XİN-i “Qondarma Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə razılaşmayacağını dəfələrlə vurğulayıb”, – deyə o bildirib.

S.Markedonov qeyd edib ki, SSRİ-nin dağılmasından sonrakı dövr ərzində Paris Bakı ilə praqmatik münasibətlər qurmağa cəhd edib:

“Azərbaycanın özü də bunda maraqlı idi. Bu kontekstdə nəzərə almaq lazımdır ki, Heydər Əliyevi hakimiyyətdə əvəzləyən oğlu İlham Əliyev Prezident kimi ilk xarici səfərini 2004-cü ilin yanvarında Parisə etmişdi. Lakin Qarabağ məsələsi hər dəfə Fransa və Azərbaycanı bir-birindən uzaqlaşdırırdı.

Bu arada nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz Parisin əsas xarici siyasət prioritetləri sırasında deyil. Qafqaz mövzuları daha geniş pazla inteqrasiya olunur. Onların arasında Aralıq dənizi istiqamətində Fransanın mühüm rəqibi olan Türkiyə ilə əlaqələr xüsusi önəm daşıyır”.

Hadisə ilə bağlı cinayət işi açıldı

Hadisə ilə bağlı cinayət işi açıldı

Siyasət
25 sentyabr 2026 388 baxış
Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Siyasət
25 sentyabr 2026 388 baxış
Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Siyasət
25 sentyabr 2026 388 baxış
“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
25 sentyabr 2026 388 baxış
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

Siyasət
25 sentyabr 2026 388 baxış
ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

Siyasət
25 sentyabr 2026 388 baxış
Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Siyasət
25 sentyabr 2026 388 baxış
Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Siyasət
25 sentyabr 2026 388 baxış
Azərbaycanla sülh fonunda Ermənistan-Rusiya münasibətlərində nə dəyişəcək? - Baku TV CANLI

Azərbaycanla sülh fonunda Ermənistan-Rusiya münasibətlərində nə dəyişəcək? - Baku TV CANLI

Siyasət
25 sentyabr 2026 388 baxış
2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb - Baku TV

2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb - Baku TV

Siyasət
25 sentyabr 2026 388 baxış
Seçilmişlər
icon