Siyasət
Pleyeri seçin:

Ermənilər Qarabağa qayıdacaq? | Şərtlər açıqlandı

22 fevral 2024

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sülhməramlıların Qarabağda qalması və ora erməni əhalinin qaytarılması məsələsinin Moskva ilə Bakı arasında müzakirə ediləcəyini bəyan edib.

Əslində Prezident İlham Əliyev də dəfələrlə Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən Qarabağ ermənilərinin qayıtması üçün heç bir əngəl olmadığını deyib.

Hətta erməni sakinlərin qeydiyyata alınması məqsədilə portal da yaradılıb. Azərbaycan qanunlarını qəbul edən və xalqımıza qarşı cinayətlərdə iştirak etməmiş ermənilər ASAN xidmətə müraciət edə və müvafiq qaydada sənədlərini təqdim edə bilərlər.

Politoloq Zaur İbrahimli bildirib ki, vətəndaşlıq üçün müraciət edən ermənilər müsahibələrdən keçməlidir: “Azərbaycan Respublikasının Konstitusiya quruluşu əleyhinə çıxmış, AR hərbi qüvvələri ilə döyüşmüş, mülki əhaliyə qarşı cinayətlərdə iştirak etmiş şəxslər AR vətəndaşlığını ala bilməzlər. Bununla bağlı AR xüsusi xidmət orqanlarında müvafiq məlumatlar var”.

Rəsmi Bakı həmçinin şərt qoyub ki, Ermənistan Qarabağa qayıtmaq istəyən ermənilərin yenidən separatçılığa meyillənməyəcinə dair Azərbaycana zəmanət verməlidir. Ancaq bu günlərdə İrəvanda “Qarabağda erməni separatizminin başlanğıc günü” qeyd edilib və Qarabağdan Ermənistana qaçan keçmiş separatçıların sonuncu “rəhbəri” olmuş Samvel Şahramanyan da orada iştirak edib. Yəni belə anlaşılır ki, Ermənistanda hələ də separatçı zehniyyət mövcuddur və onlar Qarabağa qayıdacaqlarına ümid edirlər.

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

Siyasət
22 noyabr 2024
Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Siyasət
22 noyabr 2024
BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

Siyasət
22 noyabr 2024
Bunu etiraf etməsək… | COP29-da inkişaf etmiş ölkələrə çağırış

Bunu etiraf etməsək… | COP29-da inkişaf etmiş ölkələrə çağırış

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə mühüm müzakirələr | Əməkdaşımız ən son məlumatları çatdırdı

COP29-un 12-ci günündə mühüm müzakirələr | Əməkdaşımız ən son məlumatları çatdırdı

Siyasət
22 noyabr 2024
"Ermənilər xizəksürmə üzrə Ermənistan çempionu Elbəy Novruzovu qətlə yetirdilər"

"Ermənilər xizəksürmə üzrə Ermənistan çempionu Elbəy Novruzovu qətlə yetirdilər"

Siyasət
22 noyabr 2024
COP29 Sədrliyindən danışıqlarda son vəziyyətlə bağlı bəyanat | Həll yolunu tapmayan məsələlər üçün…

COP29 Sədrliyindən danışıqlarda son vəziyyətlə bağlı bəyanat | Həll yolunu tapmayan məsələlər üçün…

Siyasət
22 noyabr 2024
Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Siyasət
22 noyabr 2024
Pərviz Şahbazov Türkiyədə nazir Alparslan Bayraktarla görüşdü

Pərviz Şahbazov Türkiyədə nazir Alparslan Bayraktarla görüşdü

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon